Alternativ investisiya alətləri
Dərs cədvəli
ümumi260Μ
  • Təlimçi:
    Hikmət Sultanov
    CFA
Kursa qeydiyyat
Təlim keçiriləcək yer: Sahib Zeynalov küçəsi 9/7, Bakı, Azərbaycan
Əlaqə telefonu: +99412 498 16 77
E-poçt ünvanı: info@cmtc.gov.az
Dil: Azərbaycan dili

1. Təlim haqqında ümumi məlumat:

İndiki güclü market volatilliyi dövründə institutsional və fərdi investorlar, səhm və istiqrazlar kimi ənənəvi investisiya alətlərindən başqa digər investisiya imkanlarını araşdırmalıdılar. Misal olaraq 2009-cu ildə qızılın qiyməti əhəmiyyətli dərəcədə qalxmasını göstərmək olar.

Bu təlim Sizə alternativ investisiya imkanlarını təqdim edir. Alternativ investisiyalara hedc fondları, şəxsi kapital, daşınmaz əmlak, əmtəələr kimi alətlər daxildir. Bu investisiya növlərindən istifadə edərək, dinləyicilər maliyyə portfelinin effektivliyini artıra biləcəklər.

2. Təlim kimlər üçün hazırlanıb?

Təlim proqramı kapital bazarında iştirak edən və ya iştirak etmək istəyən peşəkar korporativ dinləyicilər, o cümlədən müəyyən bilik bazasına malik olan və karyerasını kapital bazarında görən fərdi müştərilər üçün nəzərdə tutulub.

Əsas potensial dinləyicilər: Orta təcrübəli portfel menecerləri, maliyyə menecerləri, tədqiqatçılar, məsləhətçilər, fərdi və institusional investorlar, bank sahəsi üzrə aparıcı mütəxəssislər, maliyyə asistentləri və maliyyə sahəsinin digər peşəkarlarıdır.

3. Tələb olunan biliklər:

  • Maliyyə təhlili

4. Təlimin təşkili:

Təlimdən öncə kiçik sınaq imtahanı təşkil olunur. Təlim 7 dəsrdən ibarətdir. Hər dərsin müddəti 2 saatdır. Birinci saatdan sonra 15 dəqiqəlik fasilə nəzərdə tutulub.Təlim iştirakçılar tədris materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır. Təlimin sonunda test təşkil olunacaq. Testi uğurla bitirən tələbələr müvəfəqiyyət sertifikatı ilə təmin olunacaqlar.

5. Təlimin məqsədləri:

  • Portfelin idarə olunma keyfiyyətinin artırılması;
  • Alternativ investisiyalardan istifadə etməklə maliyyə məqsədlərinə çatmaq yollarının izahı;
  • Biznes mühitində kapital bazarının effektiv istifadəsinin artırılması.

6. Təlimin modulları:

Mövzuların adı Müddəti
1. “Alternativ İnvestisiya Alətləri”-nə giriş 4 saat
2. Əmtəələrə İnvestisiya 2 saat
3. Şəxsi Daşınmaz Əmlaklara İnvestisya 2 saat
4. Açıq Satışda olan Daşınmaz Əmlaklar üzrə Qiymətli Kağızlar 2 saat
5. Şəxsi Kapitalın Qiymətləndirilməsi 2 saat
6. Hedc Fondlarına edilən isvestisyalar 2 saat

7. Təlim iştirakçılarının sayı:

12 nəfərədək

8. Təhsil siyasətimiz:

Təhsil sahəsində fəaliyyət göstərdiyimizi nəzərə alaraq hər bir iştirakçı qarşısında məsuliyyətimizi dərk edirik. Əlavə olaraq təlimləri uğurla bitirmiş iştirakçılar bizi biznes mühitində də təmsil edirlər. Qeyd olunanları nəzərə alaraq, keyfiyyəti ən üstün prioritetdə saxlayır və mükəmməl təhsil qurumu olmaq üçün əlimizdən gələni etməyə hazırıq.

Təlimdən sonra şərhinizi "Müştəri məmnuniyyət forması"-nı doldurmaqla bizə anonim şəkildə ünvanlaya bilərsiniz.

Təlimçilərimiz
Şərhlər
Şərh #1
Möhtəşəm proyektdir. Bu tip tədris
mərkəzlərinə azərbaycan böyük
ehtiyac var.
Şərh #2
Göstərdikləri yüksək xidmətə görə
Mərkəzin direktoru Cəmilə xanıma,
təlimçi Rauf bəyə minnətdarlığımı
bildirirəm.
Şərh #3
Tədris üsulu əladır.
Şərh #4
Səlis, anlaşılan dildə təlim
Şərh #5
Təlim yüksək səviyyədə təşkil olunur
Şərh #6
Men yanvar ayında sizin təliminizdə iştirak
etmişdim müsahibəyə hazırlaşmaq üçün
və bu gün müsahibəm çox uğurlu oldu
Sizin kursunuza təşəkkürümü bildirirəm
Şərh #7
Kursun təşkili və aparılması əsil
zamanın tələbinə uyğun təşkil olunub.
Şərh #8
Hər şeyə görə sizə çox minnətdaram.
Şərh #9
Bu kursda istəkdən aslı olaraq,
çox biliklər əldə etmək olar.
Şərh #10
CFA imtahanına qısa müddətdə
effektiv şəkildə hazırlıq.
Şərh #11
Bazarda CFA imtahanına hazırlıqda
ən güclü.
Şərh #12
Mövzuları aydın və dərindən keçirilir.
Şərh #13
İstədiyimi aldığımı deyə bilərəm.
Cox yaxşı!
Şərh #14
Maliyyə sahəsində biliklərə sahib oldum və
baxış mövqəm daha da yaxşılaşdı.
Şərh #15
Digər təlimlərdə iştirak etməyə
çox böyük maraq yarandı
Şərh #16
Bütün kurslardan olanlarla müqayisədə
bu kursdan çox yaxşı nəticələr gözləyirik
Şərh #17
Kursun təşkilatçilarına və müəllimə
öz təşəkkürümü bildirirəm
Şərh #18
Kursla bağlı hər hansı bir
iradım yoxdur
Şərh #19
Hər şeyə görə təşəkkürlər!
Şərh #20
İşlərinizdə uğurlar,rəhbərlik çalışırdıki
təlim maksimum səviyyədə faydalı olsun.
Şərh #21
Kommersiya maraqları önə cəkilmirdi.
Şərh #22
Uğurlar sizə. Biliklərimizi artırmaq
sizin sayənizdədir.
Sorğu göndər