Azərbaycan kapital bazarı alətlərinin qiymətləndirilməsi
Dərs cədvəli
ümumi95Μ
  • Təlimçi:
    Rəxşəndə Əlili
    CFA ll namizədi
Kursa qeydiyyat
Təlim keçiriləcək yer: Sahib Zeynalov küçəsi 9/7, Bakı, Azərbaycan
Əlaqə telefonu: +99412 498 16 77
E-poçt ünvanı: info@cmtc.gov.az
Dil: Azərbaycan dili

1. Təlim haqqında ümumi məlumat:

Bu təlim Azərbaycan kapital bazarında (AKB) işləyən və yaxud müəyyən bilik bazasına malik olan və daha peşəkar biliklərə sahib olmaq istəyən yerli bazarda işləmək istəyən hər bir şəxs üçün hazırlanmışdır.

Yerli kapital bazarı müəyyən xüsusiyyətlərə malik olaraq, eyni zamanda spesifik bazar şəraitləri altında fəaliyyət göstərir. Bu bazarda düzgün və itkisiz işləmək, şirkət adından iştirak etmək, bazarın yüksək keyfiyyətli təhlilini aparmaq üçün bütün bazar detalları və istifadə olunan təhlil alətlərini ən tez zamanda bu təlimdə öyrənə bilərsiniz. Bazarın imkanları Sizə təqdim olunandan sonra isə, yerli bazarda yeni fürsətləri görə biləcəksiniz. AKB alətlərinin qiymətləndirilməsi yaxın zamanda Azərbaycanın kapital bazarında işləyən və ya işləmək planında olan şəxslərə böyük bilik üstünlüyü verir. Təcrübəsi olan dinləyicilər öz işlərini daha sərbəst və keyfiyyətli həyata keçirərək təlimdən faydalana bilərlər.

2. Təlim kimlər üçün hazırlanıb?

Təlim Azərbaycan kapital bazarının alətləri ilə peşəkar şəkildə işləyib, onların qiymətləndirilməsini dəqiq və düzgün aparmaq istəyən dinləyicilər üçün nzərdə tutulub.

3. Tələb olunan biliklər:

  • Azərbaycan Kapital Bazarının prinsipləri və alətləri

4. Təlimin təşkili:

Təlimdən öncə kiçik sınaq imtahanı təşkil olunur. Təlim 2 dərsdən ibarətdir. Hər dərsin müddəti 2 saatdır. Birinci saatdan sonra 15 dəqiqəlik fasilə nəzərdə tutulub.Təlim iştirakçılar tədris materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır. Təlimin sonunda test təşkil olunur. Testi uğurlu bitirən tələbələr müvəfəqiyyət sertifikatı ilə təmin olunurlar.

5. Təlimin məqsədləri:

  • AKB alətlərinin istifadəçilərini alətlərin düzgün qiymətləndirməni təqdim etmək
  • AKB fəaliyyətində iş keyfiyyətinin artırmaq
  • AKB-nın imkanlarını göstərməklə fəaliyyətinin həcmlərini artırmaq

6. Təlimin modulları:

Mövzuların adı Müddəti
1. İstiqrazların dəyərinin hesablanması:
  1. Diskontlu istiqrazların dəyərləndirilməsi
  2. Kuponlu istiqrazların dəyərləndirilməsi
2 saat
2. REPO əməliyyatlarının hesablanması:
  1. REPO açılış əqdi qiymətinin hesablanması
  2. REPO bağlanış əqdi qiymətinin hesablanması
  3. REPO faiz dərəcəsinin hesablanması
2 saat

7. Təlim iştirakçılarının sayı:

12 nəfərə-dək

8. Təhsil siyasətimiz:

Təhsil sahəsində fəaliyyət göstərdiyimizi nəzərə alaraq hər bir iştirakçı qarşısında məsuliyyətimizi dərk edirik. Əlavə olaraq təlimləri uğurla bitirmiş iştirakçılar bizi biznes mühitində də təmsil edirlər. Qeyd olunanları nəzərə alaraq, keyfiyyəti ən üstün prioritetdə saxlayır və mükəmməl təhsil qurumu olmaq üçün əlimizdən gələni etməyə hazırıq.

Təlimdən sonra şərhinizi "Müştəri məmnuniyyət forması"-nı doldurmaqla bizə anonim şəkildə ünvanlaya bilərsiniz.

Təlimçilərimiz
Şərhlər
Şərh #1
Möhtəşəm proyektdir. Bu tip tədris
mərkəzlərinə azərbaycan böyük
ehtiyac var.
Şərh #2
Göstərdikləri yüksək xidmətə görə
Mərkəzin direktoru Cəmilə xanıma,
təlimçi Rauf bəyə minnətdarlığımı
bildirirəm.
Şərh #3
Tədris üsulu əladır.
Şərh #4
Səlis, anlaşılan dildə təlim
Şərh #5
Təlim yüksək səviyyədə təşkil olunur
Şərh #6
Men yanvar ayında sizin təliminizdə iştirak
etmişdim müsahibəyə hazırlaşmaq üçün
və bu gün müsahibəm çox uğurlu oldu
Sizin kursunuza təşəkkürümü bildirirəm
Şərh #7
Kursun təşkili və aparılması əsil
zamanın tələbinə uyğun təşkil olunub.
Şərh #8
Hər şeyə görə sizə çox minnətdaram.
Şərh #9
Bu kursda istəkdən aslı olaraq,
çox biliklər əldə etmək olar.
Şərh #10
CFA imtahanına qısa müddətdə
effektiv şəkildə hazırlıq.
Şərh #11
Bazarda CFA imtahanına hazırlıqda
ən güclü.
Şərh #12
Mövzuları aydın və dərindən keçirilir.
Şərh #13
İstədiyimi aldığımı deyə bilərəm.
Cox yaxşı!
Şərh #14
Maliyyə sahəsində biliklərə sahib oldum və
baxış mövqəm daha da yaxşılaşdı.
Şərh #15
Digər təlimlərdə iştirak etməyə
çox böyük maraq yarandı
Şərh #16
Bütün kurslardan olanlarla müqayisədə
bu kursdan çox yaxşı nəticələr gözləyirik
Şərh #17
Kursun təşkilatçilarına və müəllimə
öz təşəkkürümü bildirirəm
Şərh #18
Kursla bağlı hər hansı bir
iradım yoxdur
Şərh #19
Hər şeyə görə təşəkkürlər!
Şərh #20
İşlərinizdə uğurlar,rəhbərlik çalışırdıki
təlim maksimum səviyyədə faydalı olsun.
Şərh #21
Kommersiya maraqları önə cəkilmirdi.
Şərh #22
Uğurlar sizə. Biliklərimizi artırmaq
sizin sayənizdədir.
Sorğu göndər