Bakı Fond Birjasında ticarət əməliyyatlarında iştirak üzrə təlim
Dərs cədvəli
ümumi260Μ
  • Təlimçi:
    Rəxşəndə Əlili
    CFA ll namizədi
Kursa qeydiyyat
Təlim keçiriləcək yer: Sahib Zeynalov küçəsi 9/7, Bakı, Azərbaycan
Əlaqə telefonu: +99412 498 16 77
E-poçt ünvanı: info@cmtc.gov.az
Dil: Azərbaycan dili

 

1. Təlim haqqında ümumi məlumat:

Təlim proqramı iştirakçılara Bakı Fond Birjasının (BFB) ticarət sistemindən istifadə üzrə nəzəri və praktiki biliklərinin inkişaf etdirilməsində yardımçı olacaq. İştirakçılar BFB-nin ticarət sistemində ticarət etmək vərdişlərinə yiyələnib, bu sahədə peşəkar qabiliyyətlərini daha da artıracaq və BFB-nin daxili təlimat və qaydalarını dərindən mənimsəmək imkanı əldə edəcəklər.

 

2. Təlim kimlər üçün hazırlanıb?

      Bakı Fond Birjasının üzvü olan qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının səlahiyyətli treyderləri;

 

3. Tələb olunan biliklər:

      Yoxdur. Maliyyə sisteminin əsaslarını bilmək uğurlu təlim üçün üstünlükdür.

 

4. Təlimin təşkili:

Kurs nəzəri və praktiki modullardan ibarətdir. Nəzəri modul tədris otağında müəllim tərəfindən izahlı təqdimat, sual və tapşırıqlar, praktiki modul isə BFB-nin ticarət sisteminin test modulu quraşdışdırılmış iş yerlərində praktiki məşğələlər vasitəsi ilə həyata keçirilir. Kurs iştirakçıları müvafiq materiallarla təmin olunacaqdır. Kursun sonunda BFB tərəfindən imtahan təşkil olunur.

 

5. Təlimin məqsədləri:

      Səlahiyyətli treyderlərin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi;

      Treyderlərin ticarət sistemindən istifadə vərdişlərinə yiyələnməsi ;

      Treyderlər tərəfindən BFB-də ticarət əməliyyatların həyata keçirilməsi üçün zəruri olan daxili qayda və prosedurların mənimsənilməsi;

      Ticarət prosesi zamanı baş verə biləcək texniki və hüquqi səhvlərin qarşısının alınması;

      Ədalətli və şəffaf ticarət vərdişlərinin təşviqi.

 

6. Təlimin modulları:

Mövzuların adı

Müddəti

1. Nəzəri hissə

8 saat

1.       BFB-də treyder fəaliyyətinin əsasları.

 

1.       Bakı Fond Birjası və BFB-də üzvlük

2.       Treyder olmağın şərtləri

3.       Treyderin hüquq və vəzifələri

1 saat

2.       BFB-də qiymətli kağızların ticarətə buraxılması

1.       Bazarlar üzrə listinq şərtləri və listinq proseduru

2.       Abunə yazılışı üsulu ilə yerləşdirmə

3.       Qapalı yerləşdirmə

1 saat

3.       BFB-də ticarətin təşkilinin ümumi xarakteristikası

 

1.       Ticarət üsulları və fazaları

2.       Sifariş növləri və sifariş şərtləri

3.       Qiymətlərin formalaşması

2 saat

4.       BFB-də Ticarət əməliyyatlarının spesifikası

 

1.       Repo əməliyyatları

2.       Market-meyker fəaliyyəti

3.       Kross əqdlərin bağlanılması

4.       Ünvanlı Ticarət

2 saat

5.       BFB-də Dövlət istiqrazlarının ilkin bazarı yerləşdirilməsi

 

1.       BFB-də Dİ yerləşdirilməsi proseduru

1 saat

6.       BFB-də şəffaf ticarət mühitinin formalaşdırılması və məsuliyyət tədbirləri

 

1.       Sui istifadə hallarının qarşısının alınması mexanizmləri

2.       Pozuntu hallarının aradan qaldırılması yolları

3.       BFB-nin qərarlarından şikayət verilməsi və şikayətlərə baxılması

1 saat

2. Praktiki hissə

4 saat

2.1 BFB-nin ticarət sistemi ilə ümumi tanışlıq. İstifadəçi təlimatı

1 saat

2.2 Təkrar Bazar Əməliyyatları

1 saat

2.3 Yerləşdirmə əməliyyatları

1 saat

2.4 Repo əməliyyatları

1saat

Cəmi:

12 saat

 

9. Təlim iştirakçılarının sayı: 12 nəfərə-dək

 

 

10. Təhsil siyasətimiz: 


Bilikləri Sizə təqdim edərkan, hər bir məzmunun qarşısında daşıdığımız məsuliyyəti dərk edirik. Buna əlavə olaraq, təlimlərimizi uğurla bitirmiş məzunlar bizi biznes mühitində təmsil edirlər. Bunları nəzərə alaraq, keyfiyyəti ən üstün prioritetdə saxlayırıq, və mükəmməl təhsil qurumu olmaq üçün bütün tədbirlərə hazırıq. Beləliklə, hər təlimdən sonra Siz təklif və iradlarınızı anonim şəkildə "Müştəri Məmnuniyyət Forması" –nı doldurmaqla bizə təqdim edə bilərsiniz.

 

 

 

 

Təlimçilərimiz
Şərhlər
Şərh #1
Möhtəşəm proyektdir. Bu tip tədris
mərkəzlərinə azərbaycan böyük
ehtiyac var.
Şərh #2
Göstərdikləri yüksək xidmətə görə
Mərkəzin direktoru Cəmilə xanıma,
təlimçi Rauf bəyə minnətdarlığımı
bildirirəm.
Şərh #3
Tədris üsulu əladır.
Şərh #4
Səlis, anlaşılan dildə təlim
Şərh #5
Təlim yüksək səviyyədə təşkil olunur
Şərh #6
Men yanvar ayında sizin təliminizdə iştirak
etmişdim müsahibəyə hazırlaşmaq üçün
və bu gün müsahibəm çox uğurlu oldu
Sizin kursunuza təşəkkürümü bildirirəm
Şərh #7
Kursun təşkili və aparılması əsil
zamanın tələbinə uyğun təşkil olunub.
Şərh #8
Hər şeyə görə sizə çox minnətdaram.
Şərh #9
Bu kursda istəkdən aslı olaraq,
çox biliklər əldə etmək olar.
Şərh #10
CFA imtahanına qısa müddətdə
effektiv şəkildə hazırlıq.
Şərh #11
Bazarda CFA imtahanına hazırlıqda
ən güclü.
Şərh #12
Mövzuları aydın və dərindən keçirilir.
Şərh #13
İstədiyimi aldığımı deyə bilərəm.
Cox yaxşı!
Şərh #14
Maliyyə sahəsində biliklərə sahib oldum və
baxış mövqəm daha da yaxşılaşdı.
Şərh #15
Digər təlimlərdə iştirak etməyə
çox böyük maraq yarandı
Şərh #16
Bütün kurslardan olanlarla müqayisədə
bu kursdan çox yaxşı nəticələr gözləyirik
Şərh #17
Kursun təşkilatçilarına və müəllimə
öz təşəkkürümü bildirirəm
Şərh #18
Kursla bağlı hər hansı bir
iradım yoxdur
Şərh #19
Hər şeyə görə təşəkkürlər!
Şərh #20
İşlərinizdə uğurlar,rəhbərlik çalışırdıki
təlim maksimum səviyyədə faydalı olsun.
Şərh #21
Kommersiya maraqları önə cəkilmirdi.
Şərh #22
Uğurlar sizə. Biliklərimizi artırmaq
sizin sayənizdədir.
Sorğu göndər