Biz kimik?

Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi Azərbaycanda maliyyə bazarı üzrə ixtisaslaşmış təlim mərkəzidir. Qeyri-kommersiya təşkilatı olaraq biz 2014-cü ildən, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 2016-cı ildən etibarən isə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzdində fəaliyyət göstərməklə, onun məqsədlərini yerinə yetiririk. Mərkəzimiz Dünya Bankının dəstəyi ilə Kapital Bazarlarının Modernləşdirilməsi Layihəsi (CMMP) çərçivəsində yaradılmışdır.

Mərkəzimiz maliyyə bazarlarında işləyən, və ya işləmək istəyən və həmçinin maliyyə bazarları, alətləri, iştirakçıları, iş prinsipi haqqında məlumat əldə etmək və biliklərə yiyələnmək hər kəs üçün yaradılmış təlim mərkəzidir. İqtisadiyyatın perspektivli sahəsi olmaqla, bu bazarlar zəruri bilik və təcrübə tələb edir.

Ölkəmizdə bu sahənin kifayət qədər gənc olmasına baxmayaraq, mərkəzimiz tərəfindən hazırlanan proqramlar qərb təcrübəsinin yerli bazarlarda tətbiqini, eləcə də beynəlxalq bazarlara inteqrasiyasını təmin edir. Bunun nəticəsi olaraq, həm yerli həm də beynəlxalq bazarlarda fəaliyyət göstərməyiniz üçün optimal tədris proqramları hazırladıq. Təlim mərkəzinin məqsədi ilk növbədə ölkədə rifahın inkişafına kömək edəcək maliyyə bazarının tədricən və düzgün təşkilinə xidmət etməkdir. Bu inkişafa nail olmaq üçün Təlim Mərkəzi tərəfindən iki əsas istiqamət seçilmişdir:

Birinci istiqamət - gənc və yeni başlayan maliyyəçilərdə maliyyə bazarı haqqında biliklərin formalaşdırılmasıdır. Bununla da mərkəz, öz gələcək fəaliyyətini maliyyə sektoru ilə bağlamaq istəyən hər kəsin ən optimal və faydalı biliklərə yiyələnməsini təmin edir. Gərəkli bilikləri öyrətməklə, onları uğurlu karyera qurmaq və real təcrübə qazanmaq üçün hazırlayır.

İkinci istiqamət - biznesin daha da keyfiyyətli aparılması üçün peşəkar auditoriyanın yetişdirilməsidir. Beləliklə də, mərkəz ölkəmizin biznes mühitində fond bazarının təklif etdiyi potensial imkanları işıqlandırmağı qarşısına məqsəd qoyub. Düzgün və professional maliyyə planlanlama sayəsində fəaliyyət sahəsindən asılı olmayaraq istənilən şirkət öz maliyyə uğurunu yaxşılaşdıra və inkişaf etdirə bilər.

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əməkdaşlıq bizə maliyyə bazarının siyasəti və gözlənilən tədbirlər haqqında məlumatlı olmağa imkan yaradır. Buna görə də proqramlarımız bazardakı cari vəziyyətlə yanaşı, gələcək perspektivləri nəzərə alır, bu da məzunlara müasirləşmə və davamlı dəyişkənliyə uyğunlaşmağa şərait yaradır.

Ölkə qarşısında öz məsuliyyətini dərk edərək mərkəzin professional heyəti maliyyə bazarının uğurlu inkişafı üçün bütün gücünü səfərbər etməyə hazırdır.

Təlimçilərimiz
Şərhlər
Şərh #1
Möhtəşəm proyektdir. Bu tip tədris
mərkəzlərinə azərbaycan böyük
ehtiyac var.
Şərh #2
Göstərdikləri yüksək xidmətə görə
Mərkəzin direktoru Cəmilə xanıma,
təlimçi Rauf bəyə minnətdarlığımı
bildirirəm.
Şərh #3
Tədris üsulu əladır.
Şərh #4
Səlis, anlaşılan dildə təlim
Şərh #5
Təlim yüksək səviyyədə təşkil olunur
Şərh #6
Men yanvar ayında sizin təliminizdə iştirak
etmişdim müsahibəyə hazırlaşmaq üçün
və bu gün müsahibəm çox uğurlu oldu
Sizin kursunuza təşəkkürümü bildirirəm
Şərh #7
Kursun təşkili və aparılması əsil
zamanın tələbinə uyğun təşkil olunub.
Şərh #8
Hər şeyə görə sizə çox minnətdaram.
Şərh #9
Bu kursda istəkdən aslı olaraq,
çox biliklər əldə etmək olar.
Şərh #10
CFA imtahanına qısa müddətdə
effektiv şəkildə hazırlıq.
Şərh #11
Bazarda CFA imtahanına hazırlıqda
ən güclü.
Şərh #12
Mövzuları aydın və dərindən keçirilir.
Şərh #13
İstədiyimi aldığımı deyə bilərəm.
Cox yaxşı!
Şərh #14
Maliyyə sahəsində biliklərə sahib oldum və
baxış mövqəm daha da yaxşılaşdı.
Şərh #15
Digər təlimlərdə iştirak etməyə
çox böyük maraq yarandı
Şərh #16
Bütün kurslardan olanlarla müqayisədə
bu kursdan çox yaxşı nəticələr gözləyirik
Şərh #17
Kursun təşkilatçilarına və müəllimə
öz təşəkkürümü bildirirəm
Şərh #18
Kursla bağlı hər hansı bir
iradım yoxdur
Şərh #19
Hər şeyə görə təşəkkürlər!
Şərh #20
İşlərinizdə uğurlar,rəhbərlik çalışırdıki
təlim maksimum səviyyədə faydalı olsun.
Şərh #21
Kommersiya maraqları önə cəkilmirdi.
Şərh #22
Uğurlar sizə. Biliklərimizi artırmaq
sizin sayənizdədir.
Sorğu göndər