Dil seçimi: AZ EN RU
Bizimlə əlaqə:
+994 (12) 498 16 77
+994 (51) 498 16 77
info@cmtc.gov.az
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası
CFA-I imtahanına hazırlıq
Dərs cədvəli
aylıq260Μ
  • Təlimçi:
    Emil Məmmədsadıxov, CFA
  • Təlimçi:
    Elnur Babayev
    CFA
  • Təlimçi:
    Hikmət Sultanov
    CFA
  • Təlimçi:
    Leyla Yusifzadə
    CFA
  • Təlimçi:
    Cəlal Bağışov
    CFA lll namizədi
  • Təlimçi:
    Leyli Cabbarlı
    CFA
  • Təlimçi:
    Fariz Rəhimov
    CFA-lll namizədi
Kursa qeydiyyat
Təlim keçiriləcək yer: Sahib Zeynalov küçəsi 9/7, Bakı, Azərbaycan
Əlaqə telefonu: +99412 498 16 77
E-poçt ünvanı: info@cmtc.gov.az
Dil: İngilis dili

1. Təlim haqqında ümumi məlumat:

Təlim proqramı CFA institutu tərəfindən təklif olunan CFA-I imtahanına hazırlıq kursudur.

CFA (The Chartered Financial Analyst) – Sertifikatlaşdırılmış Maliyyə Analitiki CFA institutu tərəfindən təklif olunan peşəkar dərəcədir. CFA proqramı investorlar və maliyyə peşəkarlarına CFA İnstitutu tərəfindən təklif edilən peşə mandatıdır. Bu investisiyanın idarə edilməsi, maliyyə analizi, portfelin idarə edilməsi, səhmlər, istiqrazlar və törəmə alətləri ilə əlaqəli mövzuların geniş silsiləsini və maliyyənin digər sahələrinə dair ümumi bilikləri əhatə edir. CFA dərəcəsinə layiq görüldükdən sonra namizədlər üçün maliyyə meneceri, risk meneceri, portfel meneceri, tədqiqatçı, məsləhətçi , treyder, büdcənin planlaşdırılması, iqtisadçı, analitik və. s. kimi bir çox karyera imkanları mövcuddur.

Orta hesabalamalara görə, CFA-I imtahanından keçid faizi 38-43% təşkil edir. Odur ki, CFA imtahanından qeydiyyatdan keçmiş namizədlərdən böyük məsuliyyət və yüksək hazırlıq səviyyəsini tələb olunur. Təlim öyrənmək vaxtına qənaət, sual-cavab, başqa namizədlərlə birgə oxumaq kimi üstünlükləri özündə birləşdirir. Təlim CFA dərəcə sahibləri (charterholder) və CFA-III dərəcəli təlimçilər tərəfindən keçirilir və hər bir təlimçi CFA-l imtahanına hazırlıq kursunun müxtəlif hissələrini tədris edir. Təlimçilərimiz öz təcrübəsindən istifadə etməklə CFA proqramının mövzularını namizədlərə düzgün prioritetləşdirilmiş şəkildə təqdim etməklə imtahana hazırlayacaqlar.

2. Təlim kimlər üçün hazırlanıb?

CFA-I imtahanına hazırlaşan namizədlər üçün.

3. Tələb olunan biliklər:

  • İngilis dilinin yüksək səviyyədə olması;
  • Statistik və riyazi biliklərinin olması arzu olunandır, amma şərt deyil.

4. Təlimin təşkili:

Dərslər 6 ay çərçivəsində həftədə 2 dəfə keçiriləcəkdir. Hər dərsin müddəti 2.5 saat olmaqla, birinci saatın sonunda 15 dəqiqəlik fasilə ilə nəzərdə tutulub. İlk 5 ay təlim materiallarının təqdim edilməsi, sonuncu ay isə təkrar və imtahana hazırlıq müddəti kimi nəzərdə tutulub. Təlim materialları mərkəz tərəfindən təmin olunacaqdır. Təlim zamanı müntəzəm olaraq testlər, sonda isə sınaq imtahanları təşkil olunacaqdır. Son sınaq imtahanını uğurla bitirən tələbələr müvəfəqiyyət sertifikatı ilə təmin olunacaqlar.

5. Təlimin məqsədləri:

  • Namizədlərin CFA-I imtahanının uğurlu keçirilməsini təmin etmək;
  • Azərbaycanda CFA dərəcəsinə malik olan peşəkarların sayını artırmaq;
  • Azərbaycanın kapital bazarına beynəlxalq təcrübənin inteqrasiyasını təmin etmək.

6. Təlimin modulları (İngilis dilində):

Mövzuların adı

Müddəti

Book 2 - Economics
Study Session 4 - Economics: Microeconomic Analysis
Study Session 5 - Economics: Market Structure and Macroeconomic Analysis
Study Session 6 - Economics: Monetary and Fiscal Economies

20 saat

Book 1 - Quantitative Methods
Study Session 2 - Quantitative Methods: Basic concepts
Study Session 3 - Quantitative Methods: Application

20 saat

Book 3 - Financial Reporting and Analysis
Study Session 7 - Financial Reporting and Analysis: An Introduction
Study Session 8 - Financial Reporting and Analysis: The Income Statement, Balance Sheet, and Cash Flow Statement
Study Session 9 - Financial Reporting and Analysis: Inventories, Long-lived Assets, Income Taxes, and non-current Liabilities
Study Session 10 - Financial Reporting and Analysis: Applications and International Standards Convergence

25 saat

Book 4 - Corporate Finance, Portfolio Management, and Equity Investment
Study Session 11 - Corporate Finance
Study Session 12 - Portfolio Management
Study Session 13 - Market Organization, Market Indices, and Market Efficiency
Study Session 14 - Equity Analysis and Valuation

25 saat

Book 5 - Fixed Income, Derivatives, and Alternative Investments
Study Session 15 - Fixed Income: basic concepts
Study Session 16 - Fixed Income: Analysis and Valuation
Study Session 17 - Derivatives
Study Session 18 - Alternative Investments

22.5 saat

Book 1 - Ethical and Professional Standards
Study Session 1 - Ethical and Professional Standards

7.5 saat

Review and mock exams

12.5 saat

 

7. Təlim iştirakçılarının sayı:

12 nəfərədək

8. Təhsil siyasətimiz:

Təhsil sahəsində fəaliyyət göstərdiyimizi nəzərə alaraq hər bir iştirakçı qarşısında məsuliyyətimizi dərk edirik. Əlavə olaraq təlimləri uğurla bitirmiş iştirakçılar bizi biznes mühitində də təmsil edirlər. Qeyd olunanları nəzərə alaraq, keyfiyyəti ən üstün prioritetdə saxlayır və mükəmməl təhsil qurumu olmaq üçün əlimizdən gələni etməyə hazırıq.

Təlimdən sonra şərhinizi "Müştəri məmnuniyyət forması"-nı doldurmaqla bizə anonim şəkildə ünvanlaya bilərsiniz.

Təlimçilərimiz
Şərhlər
Şərh #1
Möhtəşəm proyektdir. Bu tip tədris
mərkəzlərinə azərbaycan böyük
ehtiyac var.
Şərh #2
Göstərdikləri yüksək xidmətə görə
Mərkəzin direktoru Cəmilə xanıma,
təlimçi Rauf bəyə minnətdarlığımı
bildirirəm.
Şərh #3
Tədris üsulu əladır.
Şərh #4
Səlis, anlaşılan dildə təlim
Şərh #5
Təlim yüksək səviyyədə təşkil olunur
Şərh #6
Men yanvar ayında sizin təliminizdə iştirak
etmişdim müsahibəyə hazırlaşmaq üçün
və bu gün müsahibəm çox uğurlu oldu
Sizin kursunuza təşəkkürümü bildirirəm
Şərh #7
Kursun təşkili və aparılması əsil
zamanın tələbinə uyğun təşkil olunub.
Şərh #8
Hər şeyə görə sizə çox minnətdaram.
Şərh #9
Bu kursda istəkdən aslı olaraq,
çox biliklər əldə etmək olar.
Şərh #10
CFA imtahanına qısa müddətdə
effektiv şəkildə hazırlıq.
Şərh #11
Bazarda CFA imtahanına hazırlıqda
ən güclü.
Şərh #12
Mövzuları aydın və dərindən keçirilir.
Şərh #13
İstədiyimi aldığımı deyə bilərəm.
Cox yaxşı!
Şərh #14
Maliyyə sahəsində biliklərə sahib oldum və
baxış mövqəm daha da yaxşılaşdı.
Şərh #15
Digər təlimlərdə iştirak etməyə
çox böyük maraq yarandı
Şərh #16
Bütün kurslardan olanlarla müqayisədə
bu kursdan çox yaxşı nəticələr gözləyirik
Şərh #17
Kursun təşkilatçilarına və müəllimə
öz təşəkkürümü bildirirəm
Şərh #18
Kursla bağlı hər hansı bir
iradım yoxdur
Şərh #19
Hər şeyə görə təşəkkürlər!
Şərh #20
İşlərinizdə uğurlar,rəhbərlik çalışırdıki
təlim maksimum səviyyədə faydalı olsun.
Şərh #21
Kommersiya maraqları önə cəkilmirdi.
Şərh #22
Uğurlar sizə. Biliklərimizi artırmaq
sizin sayənizdədir.
Sorğu göndər