Dil seçimi: AZ EN RU
Bizimlə əlaqə:
+994 (12) 498 16 77
+994 (51) 498 16 77
info@cmtc.gov.az
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası
CIA l imtahanına hazırlıq kursu
Dərs cədvəli
ümumi540Μ
  • Təlimçi:
    Müslüm Rüstəmov
    MBA, CİA
Kursa qeydiyyat
Təlim keçiriləcək yer: Sahib Zeynalov küçəsi 9/7, Bakı, Azərbaycan
Əlaqə telefonu: (012) 498 16 77
E-poçt ünvanı: info@cmtc.gov.az
Dil: İngilis dili

1. Təlim haqqında ümumi məlumat:

Hal-hazırda, bütün sahələrdə çalışan Daxili Audit peşəkarları üçün CIA mütləq bir tələbdir, xüsusilə də banklar, sığorta şirkətləri, investisiya fondları, şirkətlər qrupu, neft və qaz, telekommunikasiya və s. CIA daxili auditorlar üçün qəbul edilən yeganə qlobal sertifikasiyadır və daxili audtorların profesionallığını təsdiq edən standartdır. CIA sertifikatı yalnız sizin hansı biliklərə və hansı uğurlara nail olduğunuzu göstərmir, həmcinin, sizin bugünki gündə audit sahəsində olan çətinlikləri aradan qaldırmağa hazır olduğnuzu təcəssüm edir.

CIA sertifikatının əldə edilməsi dəyərli bir nəaliyyətdir və auditorların karyerasının istənilən mərhələsində (Daxili Audit Rəhbəri, Audit Meneceri, Auditor və risklərin idarə edilməsi əməkdaşı) professional üstünlükdür.

Bu kurs uğurla bitirənlər, “CIA Part I” imtahanına  və peşəkar inkişaf üçün hazır olacaq.

 

2. Təlim kimlər üçün hazırlanıb?

- “CIA Part I” imtahanına hazırlaşan namizədlər üçün.

- Daxili Audit sahəsində çalışan və professional biliklərini təkmilləşdirmək istəyənlər üçün

- Daxili audit sahəsində yeni başlayanlar üçün

- Daxili Audit sahəsinə ekvivalent sahələr üzrə təhsil alan tələbələr

 

3. Tələb olunan biliklər:

Bizim kurslarda aşağıdakı bilikləri olan istənilən şəxslər iştirak edə bilər:

- Bakalavr təhsili

- İqtisadi, Biznesin İdare Edilməsi, İT vəya hüquqi biliklər

 

4. Kursu bitirdikdən sonra CIA imtahanını vermək istəyən şəxslərə aşağıda qeyd edilən tələblər var:

- Magistr təhsili olanların 1 ildən artıq daxili audit vəya ona ekvivalent iş təcrübəsi

- Bakalavr təhsili olanların 2 ildən artıq daxili audit vəya ona ekvivalent iş təcrübəsi

- Orta təksildən sonra iki illik kollec təhsili olanların 5 ildən artıq daxili audit vəya ona ekvivalent iş təcrübəsi

- 7 ildən artıq daxili audit vəya ona uyğun iş təcrübəsi

 

5. Təlimin təşkili:

Dərslər 9 həftə çərçivəsində həftədə 2 dəfə olmaqla keçiriləcəkdir. Hər dərsin müddəti 2 saat olmaqla, birinci saatın sonunda 10 dəqiqəlik fasilə ilə nəzərdə tutulub. Kursun ilk dərsi iştirakçıların özünü qiymətləndirmə testi ilə başlayaqcaq. Növbəti dərslərdə isə hər bir mövzu üzrə nəzəri biliklər verildikdən sonra, həmin sahə üzrə praktiki testlərin həll edilməsi, izahı və müzakirəsi aparılacaq. Kursun sonunda isə iştirakşıların əldə etdiyi yeni bilikləri qiymətləndirmək üçün sınaq imtahanı təşkil olunacaqdır. Təlim materialları mərkəz tərəfindən təmin olunacaqdır. Son sınaq imtahanını uğurla bitirən tələbələr müvəffəqiyyət sertifikatı ilə təmin olunacaqlar.

 

6. Təlimin məqsədləri:

- Namizədlərin CIA Part I” imtahanının uğurlu keçirilməsini təmin etmək;

- Azərbaycanda CIA dərəcəsinə malik olan peşəkarların sayını artırmaq;

- Daxili Audit sahəsində çalışan peşəkarların inkişafına dəstək olmaq;

- Beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə nail olmaq;

 

7. Təlimin modulları (İngilis dilində):

Content / Mövzular

Period (hours) / Müddət (saat)

Pre-testing

1

Mandatory Guidance

1

Practice Questions discussion

2

Independence, Objectivity and Due care

2

Practice Questions discussion

2

Control: types and techniques

2

Practice Questions discussion

2

Control framework and fraud

2

Practice Questions discussion

2

Sampling

2

Practice Questions discussion

2

Data gathering and data analysis

2

Practice Questions discussion

2

Reporting, work papers and  Evidence

2

Practice Questions discussion

2

Course review

4

Practice Questions discussion

4

Total Hours

36

 

 

8. Təlim iştirakçılarının sayı:

12 nəfərədək

 

9. Təhsil siyasətimiz:

Təhsil sahəsində fəaliyyət göstərdiyimizi nəzərə alaraq hər bir iştirakçı qarşısında məsuliyyətimizi dərk edirik. Əlavə olaraq təlimləri uğurla bitirmiş iştirakçılar bizi biznes mühitində də təmsil edirlər. Qeyd olunanları nəzərə alaraq, keyfiyyəti ən üstün prioritetdə saxlayır və mükəmməl təhsil qurumu olmaq üçün əlimizdən gələni etməyə hazırıq.

 

 

Təlimçilərimiz
Şərhlər
Şərh #1
Möhtəşəm proyektdir. Bu tip tədris
mərkəzlərinə azərbaycan böyük
ehtiyac var.
Şərh #2
Göstərdikləri yüksək xidmətə görə
Mərkəzin direktoru Cəmilə xanıma,
təlimçi Rauf bəyə minnətdarlığımı
bildirirəm.
Şərh #3
Tədris üsulu əladır.
Şərh #4
Səlis, anlaşılan dildə təlim
Şərh #5
Təlim yüksək səviyyədə təşkil olunur
Şərh #6
Men yanvar ayında sizin təliminizdə iştirak
etmişdim müsahibəyə hazırlaşmaq üçün
və bu gün müsahibəm çox uğurlu oldu
Sizin kursunuza təşəkkürümü bildirirəm
Şərh #7
Kursun təşkili və aparılması əsil
zamanın tələbinə uyğun təşkil olunub.
Şərh #8
Hər şeyə görə sizə çox minnətdaram.
Şərh #9
Bu kursda istəkdən aslı olaraq,
çox biliklər əldə etmək olar.
Şərh #10
CFA imtahanına qısa müddətdə
effektiv şəkildə hazırlıq.
Şərh #11
Bazarda CFA imtahanına hazırlıqda
ən güclü.
Şərh #12
Mövzuları aydın və dərindən keçirilir.
Şərh #13
İstədiyimi aldığımı deyə bilərəm.
Cox yaxşı!
Şərh #14
Maliyyə sahəsində biliklərə sahib oldum və
baxış mövqəm daha da yaxşılaşdı.
Şərh #15
Digər təlimlərdə iştirak etməyə
çox böyük maraq yarandı
Şərh #16
Bütün kurslardan olanlarla müqayisədə
bu kursdan çox yaxşı nəticələr gözləyirik
Şərh #17
Kursun təşkilatçilarına və müəllimə
öz təşəkkürümü bildirirəm
Şərh #18
Kursla bağlı hər hansı bir
iradım yoxdur
Şərh #19
Hər şeyə görə təşəkkürlər!
Şərh #20
İşlərinizdə uğurlar,rəhbərlik çalışırdıki
təlim maksimum səviyyədə faydalı olsun.
Şərh #21
Kommersiya maraqları önə cəkilmirdi.
Şərh #22
Uğurlar sizə. Biliklərimizi artırmaq
sizin sayənizdədir.
Sorğu göndər