Dil seçimi: AZ EN RU
Bizimlə əlaqə:
+994 (12) 498 16 77
+994 (51) 498 16 77
info@cmtc.gov.az
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası
Excel təlimi (başlanğıç)
Dərs cədvəli
ümumi79Μ
  • Təlimçi:
    Samir Məmmədov
Kursa qeydiyyat
Təlim keçiriləcək yer: Sahib Zeynalov küçəsi 9/7, Bakı, Azərbaycan
Əlaqə telefonu: (012) 498 16 77
E-poçt ünvanı: info@cmtc.gov.az
Dil: Azərbaycan dili

1. Təlim haqqında ümumi məlumat:

Təlim MS Excel 2010-2013 proqramının əsaslarını əhatə edir.

 

2. Təlim kimlər üçün hazırlanıb?

Təlim əmək fəaliyyətinə yeni başlayanlar və Excel proqramı haqqında yalnız ümumi təsəvvürü olanlar üçün nəzərdə tutulmuşdur. Təlimdən humanitar sahənin əməkdaşları da yararlana bilərlər.

 

3. Tələb olunan biliklər:

·         Yoxdur

 

4. Təlimin təşkili:

Təlim  5 dəsrdən ibarətdir. Hər dərsin müddəti 2 saatdır.Təlim iştirakçıları tədris materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır. Təlimin sonunda test təşkil olunacaq. Testi uğurla bitirən tələbələr müvəfəqiyyət sertifikatı ilə təmin olunacaqlar.

 

5. Təlimin məqsədləri:

Təlimin məqsədi Excel proqramı ilə yeni tanış olan əməkdaşlara bu proqramın geniş imkanları barəsində bilik vermək və Excel ilə işləmək üçün ən minimal zəruri bilikləri verməkdir.

 

 6. Təlim modulları:

Mövzuların adı

Modullar

Müddəti

Modul 1.

Excel kitabının səhifələri ilə iş, verilənlərin daxil edilməsi

-           Microsoft Excel proqramının interfeysi

-           File qovluğu, excel panelinin sazlanması

-           Kitabın strukturu. Səhifələr üzərində əməliyyatlar: səhifənin adının dəyişdirilməsi, səhifənin əlavə edilməsi, səhifəni silinməsi və yer dəyişməsi

-           Səhifəni elementləri ilə əsas işlər: xanalar, sətirlər, sütunlar

-           Verilənlərin xanalara daxil edilməsinin özəllikləri. Redaktə

-           Verilənlərin formatının müəyyən edilməsi

-            Səhifənin xanalarının verilənlərlə avtomatk doldurulması: ədədi və həndəsi silsilələr, siyahıların hazırlanması, avomatik və istifadəçi siyahılarının tərtibatı 

 

 

 

 

 

 2 saat

 

 

 

Modul 2.

Microsoft Excel proqramında hesablamaların həyata keçirilməsi

-           Düsturların yaradılması və onların redaktəsi

-           Düsturların kopyalanması

-           Hesablamalar zamanı müxtəlif cür istinadlarda istifadə edilməsi

o    Nisbiistinadlar

o    Mütləq istinadlar

o    Excelin digər vərəqləridə olan xanlardanistinadlar

-           Xanalara adların verilməsi və onun düsturlardan istifadəsi

-           Excelin funksiyaları:

o   Məntiqi funksiyalar

o   Riyazi və Statistik funksiyalar: SUM, MIN, MAX, AVERAGE, COUNT

-           Düsturlarda səhvlər: Səhvlərin yaranma səbəbləri və onları aradan qaldırılması üsulları

 

2 saat

Modul 3.

Cədvəllərin tərtibatı. Diaqramların qurulması

-           Xanaların tərtibatı, rəqəmlərin formatı, xananın rənglənməsi, verilənlərin düzənlənməsi

-           Cədvəllərin avtomatik şəkildə format edilməsi

-           Şərti formatlaşma

-           Xanalara kommentlərin qoyulması. Kommentlərrin dəyişdirilməsi silinməsi

-           Formatların kopyalanması. Formatın təmizlənməsi

-           Diaqramlarla iş:

o    Diaqramların qurulması

o    Diaqramların sazlanması, diaqramın elementləri, diaqramların stilləri cərgələrin filtrasiyası

o    Diaqramın redaktəsi və silinməsi

2 saat

Modul 4.

Cədvəllərin üzərində iş.  Cədvəllərin çapa verilməsi

-            Cədvəlin sürətli təhlili:

o   Formatlaşdırma,

o   Diaqramlar,

o   Yekular,

o   Sparklaynlar

-           Verilənlərin sortlaşdırılması:

o   Sütun üzrə sortlaşma

o   Çoxpilləri sortlaşma

o   Verilənlərin filtrasiyasıı

-           Çapa hazırlıq:

Kolontitullar: hazırlama və çap

Səhifənin parametrlərinin qurulmaası: sol və sağ sərhədləri, orientasiya və s

Hər səhifədə başlıqların çap olunması

Çap sahəsinin müəyyən edilməsi

2  saat

 

 

7. Təlim iştirakçılarının sayı: 8 nəfərə-dək

 

8. Təhsil siyasətimiz:

Bilikləri Sizə təqdim edərkan, hər bir məzmunun qarşısında daşıdığımız məsuliyyəti dərk edirik. Buna əlavə olaraq, təlimlərimizi uğurlu bitirmiş məzunlar bizi biznes mühitində təmsil edirlər. Bunları nəzərə alaraq, keyfiyyəti ən üstün prioritetdə saxlayırıq, və mükəmməl təhsil qurumu olmaq üçün bütün tədbirlərə hazırıq.

Beləliklə, hər bir təlimdən sonra Sizin şərhinizi anonim "müştəri məmnuniyyət forması" vasitısilə eşitmək istərdik.

 

Təlimçilərimiz
Şərhlər
Şərh #1
Möhtəşəm proyektdir. Bu tip tədris
mərkəzlərinə azərbaycan böyük
ehtiyac var.
Şərh #2
Göstərdikləri yüksək xidmətə görə
Mərkəzin direktoru Cəmilə xanıma,
təlimçi Rauf bəyə minnətdarlığımı
bildirirəm.
Şərh #3
Tədris üsulu əladır.
Şərh #4
Səlis, anlaşılan dildə təlim
Şərh #5
Təlim yüksək səviyyədə təşkil olunur
Şərh #6
Men yanvar ayında sizin təliminizdə iştirak
etmişdim müsahibəyə hazırlaşmaq üçün
və bu gün müsahibəm çox uğurlu oldu
Sizin kursunuza təşəkkürümü bildirirəm
Şərh #7
Kursun təşkili və aparılması əsil
zamanın tələbinə uyğun təşkil olunub.
Şərh #8
Hər şeyə görə sizə çox minnətdaram.
Şərh #9
Bu kursda istəkdən aslı olaraq,
çox biliklər əldə etmək olar.
Şərh #10
CFA imtahanına qısa müddətdə
effektiv şəkildə hazırlıq.
Şərh #11
Bazarda CFA imtahanına hazırlıqda
ən güclü.
Şərh #12
Mövzuları aydın və dərindən keçirilir.
Şərh #13
İstədiyimi aldığımı deyə bilərəm.
Cox yaxşı!
Şərh #14
Maliyyə sahəsində biliklərə sahib oldum və
baxış mövqəm daha da yaxşılaşdı.
Şərh #15
Digər təlimlərdə iştirak etməyə
çox böyük maraq yarandı
Şərh #16
Bütün kurslardan olanlarla müqayisədə
bu kursdan çox yaxşı nəticələr gözləyirik
Şərh #17
Kursun təşkilatçilarına və müəllimə
öz təşəkkürümü bildirirəm
Şərh #18
Kursla bağlı hər hansı bir
iradım yoxdur
Şərh #19
Hər şeyə görə təşəkkürlər!
Şərh #20
İşlərinizdə uğurlar,rəhbərlik çalışırdıki
təlim maksimum səviyyədə faydalı olsun.
Şərh #21
Kommersiya maraqları önə cəkilmirdi.
Şərh #22
Uğurlar sizə. Biliklərimizi artırmaq
sizin sayənizdədir.
Sorğu göndər