Dil seçimi: AZ EN RU
Bizimlə əlaqə:
+994 (12) 498 16 77
+994 (51) 498 16 77
info@cmtc.gov.az
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası
Excel təlimi (peşəkar)
Dərs cədvəli
ümumi89Μ
  • Təlimçi:
    Samir Məmmədov
Kursa qeydiyyat
Təlim keçiriləcək yer: Sahib Zeynalov küçəsi 9/7, Bakı, Azərbaycan
Əlaqə telefonu: (012) 498 16 77
E-poçt ünvanı: info@cmtc.gov.az
Dil: Azərbaycan dili

1. Təlim haqqında ümumi məlumat:
Təlim Microsoft Excel 2010-2013 proqramının dərin imkanlarından bəhs edir. Statistikaya görə Excel istifadəçilərinin yalnız 5% Excel proqramının bütün funksiya və alətlərindən istifadə etməyi bacarır. Bu təlim zamanı Excel proqramının istifadəsiz qalan imkanları və funksiyaları göstəriləcək və bu funksiayların real məsələlərdə tətbiqi nəzərdən keçiriləcəkdir.


2. Təlim kimlər üçün hazırlanıb?
Təlim əsasən maliyyəçilər, iqtisadçılar, marketoloqlar, biznes-analitiklər və hər hansı bir hesablama tələb edən işlə məşğul olan əməkdaşlar üçün nəzərdə tutulmuşdur. Ümumiyyətlə gündəlik iş fəaliyyəti zamanı MS Excel-dən tez-tez istifadə edən əməkdaşlar da təlimdən mütləq şəkildə yararlanacaqlar.

 

3. Tələb olunan biliklər:

·         Excek bilikləri – orta və ortadan yuxarı

 

4. Təlimin təşkili:

Təlim 5 dərsdən ibarətdir. Hər dərsin müddəti 2 saatdır.Təlim iştirakçıları tədris materialları ilə Mərkəz tərəfindən təlim tam bitəndən sonra təqdim olunacaqdır! Təlimin sonunda test təşkil olunacaq. Testi uğurla bitirən tələbələr müvəfəqiyyət sertifikatı ilə təmin olunacaqlar.



5. Təlimin məqsədləri:

Təlimin məqsədi Excel istifadəçilərinin bilik səviyyəsini artırmaq, onlara Excel-də olan yeni funksiyaların istifadəsini öyrətmək, Excel alətləri və opsiyaları vasitəsilə iş vaxtına qənaət etməyə nail olmaqdır.

6. Təlim modulları:

Mövzuların adı

Modullar

Müddəti

 

I-ci modul:


MS. Excel proqramının fəndləri, MS Excel ilə işləyərkən istifadəçilərin ən çox rastlaşdığı problemlər bə onların həlli yolları.

 

 

 

 

 

 

 

 

download.jpg

Bu modulun məqsədi Excel istifadəçilərinin gündəlik iş fəliyyəti zamanı rastlaşdığı tipik çətinliklərin araşdırılması və onların həlli yollarının tapılmasıdır.

Təlim modulu zamanı istifadəçilərə MS Excel proqramının 50 dən çox fəndi və opsiyaları öyrədiləcəkdir. Modul tamamlandıqdan sonra istifadəçilər öyrəndikləri excel fəndlərini gündəlik rastlaşdığı misallarda asanlıqla tətbiq edə biləcəklər.

Modulun bəzi hissələri bunlardır:
1. Menu customising
2. Name manager
3. Data validation
4. Fill series
5. Justify
6. Custom views
7. Past special options
8. Autochange
9. Excel camera
10. Sheet hidden options və saira.

4 saat

 

II-ci modul:

 

Excel düsturları və onların real məsələlərdə tətbiqi.

 

 

 

 

 

images.png

Ms. Excel proqramının əsas tərkib hissəsi və ən çox istifadə olunan aləti excel funksiyalarıdır. İstifadəçiləri ən çox maraqlandıran bu və ya digər funksiyanın izahı ilə yanaşı onların real məsələlərdə tətbiqidir. Bu modul çərçivəsində istifafəçilər Excel proqramının 60 yaxın funksiyaları ilə tanış olacaqlar. Bu funksiyaların bəziləri ümumiyyətlə az tanınan və əksər Excel istifadəçiləri tərəfindən nadir hallarda istifadə olunandır( misal üçün OFFSET, INDIRECT, DATEDIF, FREQUENCY, COMBIN, PMT, SUBSTITUTE və saira) Lakin buna baxmayaraq onların tətbiqi ilə vaxta əhəmiyyətli dərəcədə qənaət etmək və işin effektivliyini artırmaq mümkün olacaqdır.

4 saat

 

III-cü modul.

 

Pivot cədvəllər

maxresdefault.jpg

 

Pivot cədvəllər şübhəsiz ki Excel proqramının ən güclü və əvəz olunmaz alətlərindən biri hesab olunur. Pivot cədvəllər vasitəsilə 10 000, 100 000 və hətta 500 000 sətirdən ibarət olan cədvəlləri bir neçə dəqiqə ərzində çox asanlıqla təhlil etmək, cədvəllərdəki məlumatları təsnifatlaşdırmaq və kateqoriyalara bölmək mümkündür. Pivot cədvəlin tətbiqi vasitəsilə iş sürətini maksimum səviyyədə artırmaq mümkündür.

 

2 saat

 

IV-cü modul

Excel diaqramları və digər vizuallaşdırma alətləri.

 

geoflow03.png

 

 

Məlumatın dəqiq işlənilməsi və hesabatın hazırlanması hələ işin sonu demək deyildir. Ən asas məsələ təhlilin və ya hesabatın oxunacaq və dizaynlı şəkildə tərtib olunub rəhbərliyə bə ya digər auditoriyaya təqdim edilməsidir. Bu baxımdan Excel ilə iş zamanı vizuallaşdırma alətlərinə xüsusu fikir vermək lazımdır. Bu modul vasitəsilə istifadəçilər müxtəlif tip sadə və mürəkkəb diaqramların qurulmasını öyrənəcək və digər vizuallaşdırma alətlərinin istifadəsinə dair biliklərə yiyələnəcəklər. Təlimdə həmçinin Excel 2013 proqramının yeni aləti olan Map GeoFlow haqqında bəhs ediləcəkdir.

3 saat

7. Təlim iştirakçılarının sayı: 8 nəfərə-dək

 

8. Təhsil siyasətimiz:

Bilikləri Sizə təqdim edərkan, hər bir məzmunun qarşısında daşıdığımız məsuliyyəti dərk edirik. Buna əlavə olaraq, təlimlərimizi uğurlu bitirmiş məzunlar bizi biznes mühitində təmsil edirlər. Bunları nəzərə alaraq, keyfiyyəti ən üstün prioritetdə saxlayırıq, və mükəmməl təhsil qurumu olmaq üçün bütün tədbirlərə hazırıq.

Beləliklə, hər bir təlimdən sonra Sizin şərhinizi anonim "müştəri məmnuniyyət forması" vasitısilə eşitmək istərdik.

 

 

 

 

Təlimçilərimiz
Şərhlər
Şərh #1
Möhtəşəm proyektdir. Bu tip tədris
mərkəzlərinə azərbaycan böyük
ehtiyac var.
Şərh #2
Göstərdikləri yüksək xidmətə görə
Mərkəzin direktoru Cəmilə xanıma,
təlimçi Rauf bəyə minnətdarlığımı
bildirirəm.
Şərh #3
Tədris üsulu əladır.
Şərh #4
Səlis, anlaşılan dildə təlim
Şərh #5
Təlim yüksək səviyyədə təşkil olunur
Şərh #6
Men yanvar ayında sizin təliminizdə iştirak
etmişdim müsahibəyə hazırlaşmaq üçün
və bu gün müsahibəm çox uğurlu oldu
Sizin kursunuza təşəkkürümü bildirirəm
Şərh #7
Kursun təşkili və aparılması əsil
zamanın tələbinə uyğun təşkil olunub.
Şərh #8
Hər şeyə görə sizə çox minnətdaram.
Şərh #9
Bu kursda istəkdən aslı olaraq,
çox biliklər əldə etmək olar.
Şərh #10
CFA imtahanına qısa müddətdə
effektiv şəkildə hazırlıq.
Şərh #11
Bazarda CFA imtahanına hazırlıqda
ən güclü.
Şərh #12
Mövzuları aydın və dərindən keçirilir.
Şərh #13
İstədiyimi aldığımı deyə bilərəm.
Cox yaxşı!
Şərh #14
Maliyyə sahəsində biliklərə sahib oldum və
baxış mövqəm daha da yaxşılaşdı.
Şərh #15
Digər təlimlərdə iştirak etməyə
çox böyük maraq yarandı
Şərh #16
Bütün kurslardan olanlarla müqayisədə
bu kursdan çox yaxşı nəticələr gözləyirik
Şərh #17
Kursun təşkilatçilarına və müəllimə
öz təşəkkürümü bildirirəm
Şərh #18
Kursla bağlı hər hansı bir
iradım yoxdur
Şərh #19
Hər şeyə görə təşəkkürlər!
Şərh #20
İşlərinizdə uğurlar,rəhbərlik çalışırdıki
təlim maksimum səviyyədə faydalı olsun.
Şərh #21
Kommersiya maraqları önə cəkilmirdi.
Şərh #22
Uğurlar sizə. Biliklərimizi artırmaq
sizin sayənizdədir.
Sorğu göndər