Dil seçimi: AZ EN RU
Bizimlə əlaqə:
+994 (12) 498 16 77
+994 (51) 498 16 77
info@cmtc.gov.az
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası

Qeydiyyatdan necə keçim?

Təlimlər öncəsi tələblər

Bir neçə təlim proqramlarına, xüsusən peşəkar təlimlərə qatılmaq üçün müəyyən biliklər tələb olunur. Seçdiyiniz təlim üçün qeydiyyatdan keçməzdən əvvəl, qeyd olunan tələblər ilə tanış olduğunuza əmin olun. Tələblər hər bir kursun təsvirində qeyd olunub. Dərslərin keçirildiyi dili də nəzərə almağınız xahiş olunur.

Qeydiyyat

Təlimdə iştirak etmək üçün qeydiyyat səhifəsinə keçib, qeydiyyat anketini doldurun və ya bizimlə əlaqə saxlayın.

Anketdəkı məlumatların doğruluğunda əmin olun. Qeyd etdiyiniz əlaqə nömrələri vasitəsilə Sizinlə 1 iş günü ərzində əlaqə saxlanılacaq.

Qiymətlər, endirimlər və ödəniş

Hər bir təlim proqramının qiyməti müvafiq təlimin səhifəsində qeyd olunmuşdur. Ödəniş qeydiyyat təsdiq edildikdən sonra qəbul olunur. Müddəti bir aydan çox olan təlim proqramlarının ödənişi hər ay hissə-hissə ödənilə bilər.

Ödənişi ofisimizdə nağd şəkildə və ya bank köçürülməsi vasitəsilə həyata keçirə bilərsiniz. Daha ətraflı məlumat üçün Mərkəzimizlə əlaqə saxlağınız xahiş olunur.

Qeydiyyatın ləğv edilməsi qaydaları

Seçdiyiniz təlim proqramını təlimin başlanmasından 7 (yeddi) iş günü qabaq ləğv edə və ya başqa tarixə keçirə bilərsiniz. Bunun üçün Mərkəzimizlə əlaqə saxlamağınız xahiş olunur.

İlk dərs başlayandan sonra təlimin ləğv edilməsi və ya dəyişdirilməsinə icazə verilmir.

Təlimçilərimiz
Şərhlər
Şərh #1
Möhtəşəm proyektdir. Bu tip tədris
mərkəzlərinə azərbaycan böyük
ehtiyac var.
Şərh #2
Göstərdikləri yüksək xidmətə görə
Mərkəzin direktoru Cəmilə xanıma,
təlimçi Rauf bəyə minnətdarlığımı
bildirirəm.
Şərh #3
Tədris üsulu əladır.
Şərh #4
Səlis, anlaşılan dildə təlim
Şərh #5
Təlim yüksək səviyyədə təşkil olunur
Şərh #6
Men yanvar ayında sizin təliminizdə iştirak
etmişdim müsahibəyə hazırlaşmaq üçün
və bu gün müsahibəm çox uğurlu oldu
Sizin kursunuza təşəkkürümü bildirirəm
Şərh #7
Kursun təşkili və aparılması əsil
zamanın tələbinə uyğun təşkil olunub.
Şərh #8
Hər şeyə görə sizə çox minnətdaram.
Şərh #9
Bu kursda istəkdən aslı olaraq,
çox biliklər əldə etmək olar.
Şərh #10
CFA imtahanına qısa müddətdə
effektiv şəkildə hazırlıq.
Şərh #11
Bazarda CFA imtahanına hazırlıqda
ən güclü.
Şərh #12
Mövzuları aydın və dərindən keçirilir.
Şərh #13
İstədiyimi aldığımı deyə bilərəm.
Cox yaxşı!
Şərh #14
Maliyyə sahəsində biliklərə sahib oldum və
baxış mövqəm daha da yaxşılaşdı.
Şərh #15
Digər təlimlərdə iştirak etməyə
çox böyük maraq yarandı
Şərh #16
Bütün kurslardan olanlarla müqayisədə
bu kursdan çox yaxşı nəticələr gözləyirik
Şərh #17
Kursun təşkilatçilarına və müəllimə
öz təşəkkürümü bildirirəm
Şərh #18
Kursla bağlı hər hansı bir
iradım yoxdur
Şərh #19
Hər şeyə görə təşəkkürlər!
Şərh #20
İşlərinizdə uğurlar,rəhbərlik çalışırdıki
təlim maksimum səviyyədə faydalı olsun.
Şərh #21
Kommersiya maraqları önə cəkilmirdi.
Şərh #22
Uğurlar sizə. Biliklərimizi artırmaq
sizin sayənizdədir.
Sorğu göndər