Dil seçimi: AZ EN RU
Bizimlə əlaqə:
+994 (12) 498 16 77
+994 (51) 498 16 77
info@cmtc.gov.az
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası
Forex Treyder
Dərs cədvəli
ümumi199Μ
  • Təlimçi:
    Samir Əsədov
    Treyder
Kursa qeydiyyat
Təlim keçiriləcək yer: Sahib Zeynalov küçəsi 9/7, Bakı, Azərbaycan
Əlaqə telefonu: +99412 498 16 77
E-poçt ünvanı: info@cmtc.gov.az
Dil: Azərbaycan dili

1. Təlim haqqında ümumi məlumat:

Təlim maliyyə alətləri üzrə hazırda ticarət edən, və ya gələcəkdə ticarət etməyi planlaşdıran ticarətçilər (treyder) üçün analitik üsulların ilkin səviyyəsini təqdim edən tədris kursudur. Maliyyə bazarında analitik təhlillərdən texniki və fundamental üsullar üzərində fokuslaşmaqla kurs, öz dinləyicilərinə kursun sonunda sərbəst şəkildə maliyyə alətlərini qeyd olunmuş üsullarla təhlil etmək və ticarətdə qərar vermək bacarıqları təqdim edir.

2. Təlim kimlər üçün hazırlanıb?

Təlim proqramı birja bazarında həm yeni başlayanlar həm də təcrübəli treyderlər üçün nəzərdə tutulub.

3. Tələb olunan biliklər:

  • Yoxdur

4. Təlimin təşkili:

Təlim 10 dəsrdən ibarətdir. Hər dərsin müddəti 1 saatdır.Təlim iştirakçılar tədris materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır. Təlimin sonunda test təşkil olunacaq. Testi uğurla bitirən tələbələr müvəfəqiyyət sertifikatı ilə təmin olunacaqlar.

5. Təlimin məqsədləri:

  • Valyuta bazarında təcrübəsiz olan yeni treyderləri savadsız ticarətdən və bundan əmələ gələn pul itkilərindən qorumaq;
  • Yeni treyderlərə valyuta birjası haqqında ilkin və orta səviyyəli məlumatları vermək, və onlarda bu birjada peşəkar səviyyədə iştirakı şərtləndirən bacarıqları yaratmaq;
  • Bir çox uğurlu treyderlərin istifadə etdiyi təhlil növləri, ticarət strategiyaları və onların başlıca məntiqinin izahlı təqdimatı;
  • Maliyyə alətlərinin təhlili üçün analitik bacarıqlar formalaşdıraraq bazara daha peşəkar yanaşmanı təmin etmək;
  • Bütün treyderlərə valyuta bazarında özünü bilikli və sərbəst iştirakçı kimi hiss etmək imkanı vermək.

6. Təlimin modulları:

Mövzuların adı Müddəti
1. Birjalar. Marjinal ticarət:
  1. Beynəlxalq Birjalar. Marjinal Ticarət;
  2. Ticarət Platforması.
2 saat
2. Fundamental faktorlar 1 saat
3. Fundamental - Praktika:
  1. Xəbər təqvimi.Ticarət taktikaları
1 saat
4. Qrafik metod:
  1. Trend analizi;
  2. Qrafik fiqurlar.
2 saat
6. Riyazi metod:
  1. İndikatorlar;
  2. Divergensiya.
2 saat
6. Elliot Dalğası - Giriş:
  1. Elliot Dalğa Nəzəriyyəsi. Tam Bazar tsiklinin incəlikəri. Əsas prinsiplər və anlayışlar
1 saat
7. Kapitalın idarə olunması:
  1. Psixoloji aspektlər. Ticarət taktikaları
1 saat

7. Təlim iştirakçılarının sayı:

12 nəfərə-dək

8. Təhsil siyasətimiz:

Təhsil sahəsində fəaliyyət göstərdiyimizi nəzərə alaraq hər bir iştirakçı qarşısında məsuliyyətimizi dərk edirik. Əlavə olaraq təlimləri uğurla bitirmiş iştirakçılar bizi biznes mühitində də təmsil edirlər. Qeyd olunanları nəzərə alaraq, keyfiyyəti ən üstün prioritetdə saxlayır və mükəmməl təhsil qurumu olmaq üçün əlimizdən gələni etməyə hazırıq.

Təlimdən sonra şərhinizi "Müştəri məmnuniyyət forması"-nı doldurmaqla bizə anonim şəkildə ünvanlaya bilərsiniz.

Təlimçilərimiz
Şərhlər
Şərh #1
Möhtəşəm proyektdir. Bu tip tədris
mərkəzlərinə azərbaycan böyük
ehtiyac var.
Şərh #2
Göstərdikləri yüksək xidmətə görə
Mərkəzin direktoru Cəmilə xanıma,
təlimçi Rauf bəyə minnətdarlığımı
bildirirəm.
Şərh #3
Tədris üsulu əladır.
Şərh #4
Səlis, anlaşılan dildə təlim
Şərh #5
Təlim yüksək səviyyədə təşkil olunur
Şərh #6
Men yanvar ayında sizin təliminizdə iştirak
etmişdim müsahibəyə hazırlaşmaq üçün
və bu gün müsahibəm çox uğurlu oldu
Sizin kursunuza təşəkkürümü bildirirəm
Şərh #7
Kursun təşkili və aparılması əsil
zamanın tələbinə uyğun təşkil olunub.
Şərh #8
Hər şeyə görə sizə çox minnətdaram.
Şərh #9
Bu kursda istəkdən aslı olaraq,
çox biliklər əldə etmək olar.
Şərh #10
CFA imtahanına qısa müddətdə
effektiv şəkildə hazırlıq.
Şərh #11
Bazarda CFA imtahanına hazırlıqda
ən güclü.
Şərh #12
Mövzuları aydın və dərindən keçirilir.
Şərh #13
İstədiyimi aldığımı deyə bilərəm.
Cox yaxşı!
Şərh #14
Maliyyə sahəsində biliklərə sahib oldum və
baxış mövqəm daha da yaxşılaşdı.
Şərh #15
Digər təlimlərdə iştirak etməyə
çox böyük maraq yarandı
Şərh #16
Bütün kurslardan olanlarla müqayisədə
bu kursdan çox yaxşı nəticələr gözləyirik
Şərh #17
Kursun təşkilatçilarına və müəllimə
öz təşəkkürümü bildirirəm
Şərh #18
Kursla bağlı hər hansı bir
iradım yoxdur
Şərh #19
Hər şeyə görə təşəkkürlər!
Şərh #20
İşlərinizdə uğurlar,rəhbərlik çalışırdıki
təlim maksimum səviyyədə faydalı olsun.
Şərh #21
Kommersiya maraqları önə cəkilmirdi.
Şərh #22
Uğurlar sizə. Biliklərimizi artırmaq
sizin sayənizdədir.
Sorğu göndər