Dil seçimi: AZ EN RU
Bizimlə əlaqə:
+994 (12) 498 16 77
+994 (51) 498 16 77
info@cmtc.gov.az
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası
İnvestor
Dərs cədvəli
ümumi499Μ
  • Təlimçi:
    Orxan Bağırov
    CFA I namizədi
Kursa qeydiyyat
Təlim keçiriləcək yer: Sahib Zeynalov küçəsi 9/7, Bakı, Azərbaycan
Əlaqə telefonu: +99412 498 16 77
E-poçt ünvanı: info@cmtc.gov.az
Dil: Azərbaycan dili

1. Təlim haqqında ümumi məlumat:

Siz düzgün investisiya həyata keçirmək istəyirsiniz, lakin Azərbaycanın maliyyə bazarında mövcud olan alətlər haqda ətraflı məlumatınız yoxdursa İnvestOR Kursu Sizin üçün optimal tədris proqramıdır. Maliyyə alətlərinin növləri, xüsusiyyətləri və fərqlərini öyrəndikdən sonra Siz özünüzə uyğun olan ən sərfəli maliyyə alətlərini asanlıqla təyin edə bilərsiniz.

2. Təlim kimlər üçün hazırlanıb?

İnvestor olan və ya investor olmaq istəyən hər kəs

3. Tələb olunan biliklər:

  • Yoxdur

4. Təlimin təşkili:

Təlim 13 dəsrdən ibarətdir. Hər dərsin müddəti 1 saatdır.Təlim iştirakçılar tədris materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır. Təlimin sonunda test təşkil olunacaq. Testi uğurla bitirən tələbələr müvəfəqiyyət sertifikatı ilə təmin olunacaqlar.

5. Təlimin məqsədləri:

  • Azərbaycanın qiymətli kağızlar bazarının iş prinsiplərini peşəkar səviyyədə izah etmək;
  • Bazarda mövcud olan bütün maliyyə alətləri haqqında ətraflı məlumat verərək onların istifadə məqsədləri və əsas fərqlərini izah etmək;
  • Daha gəlirli investisiya imkanları təqdim edərək Azərbaycan bazarında investorların sayını artırmaq və fəaliyyətlərini genişləndirmək.

6. Təlimin modulları:

Mövzuların adı Müddəti
1. Səhmlər
  1. Səhmlər və Səhm növləri
  2. Fundamental Analiz
  3. Texniki Analiz
  4. Emissiya və yerləşdirmə
  5. Səhmdar cəmiyyətlər
5 saat
2. İstiqrazlar
  1. Giriş. Ümumi məlumat
  2. İstiqraz növləri (konversiya, təmin edilmiş, təmin edilməmiş, dövlət istiqrazları, bələdiyyə istiqrazları
  3. İstiqrazlar üzərində məsələlər (Kuponsuz istiqrazlar, İstiqrazların qiymətləndirilməsi, kupon və YTM)
3 saat
3. Törəmə Alətlər
  1. Forvardlar və Fyuçerslər
  2. Opsiyonlar
  3. SWAP-lar (Kredit svopları, valyuta svopları və FX svoplar)
3 saat
4. Alternativ İnvestisiyalar
  1. İnvestisiya fondları (açıq, interval, qapalı, qanunvericilik)
  2. Hedc Fondlar, Əmtəələr
2 saat

7. Təlim iştirakçılarının sayı:

12 nəfərədək

8. Təhsil siyasətimiz:

Təhsil sahəsində fəaliyyət göstərdiyimizi nəzərə alaraq hər bir iştirakçı qarşısında məsuliyyətimizi dərk edirik. Əlavə olaraq təlimləri uğurla bitirmiş iştirakçılar bizi biznes mühitində də təmsil edirlər. Qeyd olunanları nəzərə alaraq, keyfiyyəti ən üstün prioritetdə saxlayır və mükəmməl təhsil qurumu olmaq üçün əlimizdən gələni etməyə hazırıq.

Təlimdən sonra şərhinizi "Müştəri məmnuniyyət forması"-nı doldurmaqla bizə anonim şəkildə ünvanlaya bilərsiniz.

Təlimçilərimiz
Şərhlər
Şərh #1
Möhtəşəm proyektdir. Bu tip tədris
mərkəzlərinə azərbaycan böyük
ehtiyac var.
Şərh #2
Göstərdikləri yüksək xidmətə görə
Mərkəzin direktoru Cəmilə xanıma,
təlimçi Rauf bəyə minnətdarlığımı
bildirirəm.
Şərh #3
Tədris üsulu əladır.
Şərh #4
Səlis, anlaşılan dildə təlim
Şərh #5
Təlim yüksək səviyyədə təşkil olunur
Şərh #6
Men yanvar ayında sizin təliminizdə iştirak
etmişdim müsahibəyə hazırlaşmaq üçün
və bu gün müsahibəm çox uğurlu oldu
Sizin kursunuza təşəkkürümü bildirirəm
Şərh #7
Kursun təşkili və aparılması əsil
zamanın tələbinə uyğun təşkil olunub.
Şərh #8
Hər şeyə görə sizə çox minnətdaram.
Şərh #9
Bu kursda istəkdən aslı olaraq,
çox biliklər əldə etmək olar.
Şərh #10
CFA imtahanına qısa müddətdə
effektiv şəkildə hazırlıq.
Şərh #11
Bazarda CFA imtahanına hazırlıqda
ən güclü.
Şərh #12
Mövzuları aydın və dərindən keçirilir.
Şərh #13
İstədiyimi aldığımı deyə bilərəm.
Cox yaxşı!
Şərh #14
Maliyyə sahəsində biliklərə sahib oldum və
baxış mövqəm daha da yaxşılaşdı.
Şərh #15
Digər təlimlərdə iştirak etməyə
çox böyük maraq yarandı
Şərh #16
Bütün kurslardan olanlarla müqayisədə
bu kursdan çox yaxşı nəticələr gözləyirik
Şərh #17
Kursun təşkilatçilarına və müəllimə
öz təşəkkürümü bildirirəm
Şərh #18
Kursla bağlı hər hansı bir
iradım yoxdur
Şərh #19
Hər şeyə görə təşəkkürlər!
Şərh #20
İşlərinizdə uğurlar,rəhbərlik çalışırdıki
təlim maksimum səviyyədə faydalı olsun.
Şərh #21
Kommersiya maraqları önə cəkilmirdi.
Şərh #22
Uğurlar sizə. Biliklərimizi artırmaq
sizin sayənizdədir.
Sorğu göndər