Azərbaycan kapital bazarının prinsipləri və alətləri
Dərs cədvəli
ümumi99Μ
  • Təlimçi:
    Rəxşəndə Əlili
    CFA ll namizədi
Kursa qeydiyyat
Təlim keçiriləcək yer: Sahib Zeynalov küçəsi 9/7, Bakı, Azərbaycan
Əlaqə telefonu: +99412 498 16 77
E-poçt ünvanı: info@cmtc.gov.az
Dil: Azərbaycan dili

1. Təlim haqqında ümumi məlumat:

Təlim proqramı Azərbaycan kapital bazarının (AKB) iş prinsipini təqdim edərək, bazar haqqında baza bilikləri formalaşdırır. Eyni zamanda dövriyyədə olan alətlər haqqında ətraflı məlumatlandırmaqla, onları hansı hallarda və nə şəkildə istifadə etmək lazım olduğunu izah edir. Yerli bazarda işləmək istəyən və yerli bazarın xüsusiyyətlərini dəqiq şəkildə anlamaq istəyənlər bu təlim proqramına dəvətlidirlər.

2. Təlim kimlər üçün hazırlanıb?

Təlim Azərbaycan kapital bazarının alətləri ilə işləmək dinləyicilər üçün nəzərdə tutulub.

3. Tələb olunan biliklər:

  • Yoxdur

4. Təlimin təşkili:

Təlim 5 dərsdən ibarətdir. Hər dərsin müddəti 2 saatdır. Birinci saatdan sonra 15 dəqiqəlik fasilə nəzərdə tutulub.Təlim iştirakçılar tədris materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır. Təlimin sonunda test təşkil olunur. Testi uğurlu bitirən tələbələr müvəfəqiyyət sertifikatı ilə təmin olunurlar.

5. Təlimin məqsədləri:

  • AKB-nın iş prinsiplərini təqdim etmək;
  • AKB fəaliyyətində iş keyfiyyətini artırmaq;
  • AKB-nın imkanlarını göstərməklə fəaliyyətinin həcmlərini artırmaq.

6. Təlimin modulları:

Mövzuların adı Müddəti
1. Giriş:
  1. Ümumi tanışlıq
  2. Kapital bazarlarının rolu
  3. Dünyada və Azərbaycanda kapital bazarları
    • Ümumi məlumat
    • Tarix
    • Mövcud vəziyyət
2 saat
2. Azərbaycanda kapital bazarı institutları və iştirakçıları
  1. İnvestor və emitentlər
    • İnvestorlar
    • Emitentlər
  2. Maliyyə vasitəçiləri
    • Broker və Dilerlər
    • Aktivlərin idarə edilməsi
  3. Ticarət və post-ticarət institutları
    • Bakı Fond Birjası
    • OTC
    • Milli Depozit Mərkəzi
3 saat
3. Azərbaycanda kapital bazarları və alətləri
  1. Səhm
    • İlkin bazar
    • Təkrar bazar
  2. Borc
    • Korporativ
    • Dövlət
  3. Digər
    • Pul bazarı alətləri
    • Investisiya fondları
    • Veksellər, mənzil sertifikatları və s.
3 saat
4. Kapital bazarları üzərində nəzarət
  1. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
  2. İnvestor hüquqlarının müdafiəsi
  3. Kapital bazarlarında potensial risklər
2 saat

7. Təlim iştirakçılarının sayı:

12 nəfərə-dək

8. Təhsil siyasətimiz:

Təhsil sahəsində fəaliyyət göstərdiyimizi nəzərə alaraq hər bir iştirakçı qarşısında məsuliyyətimizi dərk edirik. Əlavə olaraq təlimləri uğurla bitirmiş iştirakçılar bizi biznes mühitində də təmsil edirlər. Qeyd olunanları nəzərə alaraq, keyfiyyəti ən üstün prioritetdə saxlayır və mükəmməl təhsil qurumu olmaq üçün əlimizdən gələni etməyə hazırıq.

Təlimdən sonra şərhinizi "Müştəri məmnuniyyət forması"-nı doldurmaqla bizə anonim şəkildə ünvanlaya bilərsiniz.

Təlimçilərimiz
Şərhlər
Şərh #1
Möhtəşəm proyektdir. Bu tip tədris
mərkəzlərinə azərbaycan böyük
ehtiyac var.
Şərh #2
Göstərdikləri yüksək xidmətə görə
Mərkəzin direktoru Cəmilə xanıma,
təlimçi Rauf bəyə minnətdarlığımı
bildirirəm.
Şərh #3
Tədris üsulu əladır.
Şərh #4
Səlis, anlaşılan dildə təlim
Şərh #5
Təlim yüksək səviyyədə təşkil olunur
Şərh #6
Men yanvar ayında sizin təliminizdə iştirak
etmişdim müsahibəyə hazırlaşmaq üçün
və bu gün müsahibəm çox uğurlu oldu
Sizin kursunuza təşəkkürümü bildirirəm
Şərh #7
Kursun təşkili və aparılması əsil
zamanın tələbinə uyğun təşkil olunub.
Şərh #8
Hər şeyə görə sizə çox minnətdaram.
Şərh #9
Bu kursda istəkdən aslı olaraq,
çox biliklər əldə etmək olar.
Şərh #10
CFA imtahanına qısa müddətdə
effektiv şəkildə hazırlıq.
Şərh #11
Bazarda CFA imtahanına hazırlıqda
ən güclü.
Şərh #12
Mövzuları aydın və dərindən keçirilir.
Şərh #13
İstədiyimi aldığımı deyə bilərəm.
Cox yaxşı!
Şərh #14
Maliyyə sahəsində biliklərə sahib oldum və
baxış mövqəm daha da yaxşılaşdı.
Şərh #15
Digər təlimlərdə iştirak etməyə
çox böyük maraq yarandı
Şərh #16
Bütün kurslardan olanlarla müqayisədə
bu kursdan çox yaxşı nəticələr gözləyirik
Şərh #17
Kursun təşkilatçilarına və müəllimə
öz təşəkkürümü bildirirəm
Şərh #18
Kursla bağlı hər hansı bir
iradım yoxdur
Şərh #19
Hər şeyə görə təşəkkürlər!
Şərh #20
İşlərinizdə uğurlar,rəhbərlik çalışırdıki
təlim maksimum səviyyədə faydalı olsun.
Şərh #21
Kommersiya maraqları önə cəkilmirdi.
Şərh #22
Uğurlar sizə. Biliklərimizi artırmaq
sizin sayənizdədir.
Sorğu göndər