Dil seçimi: AZ EN RU
Bizimlə əlaqə:
+994 (12) 498 16 77
+994 (51) 498 16 77
info@cmtc.gov.az
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası
Korporativ maliyyə
Dərs cədvəli
ümumi335Μ
  • Təlimçi:
    Hikmət Sultanov
    CFA
  • Təlimçi:
    Leyla Yusifzadə
    CFA
Kursa qeydiyyat
Təlim keçiriləcək yer: Sahib Zeynalov küçəsi 9/7, Bakı, Azərbaycan
Əlaqə telefonu: +99412 498 16 77
E-poçt ünvanı: info@cmtc.gov.az
Dil: Azərbaycan dili

1. Təlim haqqında ümumi məlumat:

Bu təlim proqramı şirkətlər tərəfindən investisiya və maliyyə qərarlarının qəbulu üçün istifadə olunan təhlil alətlərini təqdim edir. Korporativ maliyyə prosesi çərçivəsində şirkətlər hansı uzun və ya qısa müddətli layihələrə investisiya etməsini müəyyən edir. Təhlil zamanı gözlənilən gəlirlilik və kapitalın qiyməti nəzərə alınmalıdır. Kapitalın qiyməti illərlə təsdiqlənmiş yollar ilə hesablanmalıdır. Gəlirin paylanılması da dəqiq nəzərə alınmalıdır. Korporativ menecerlər eyni zamanda daha qısa müddətli likvidliyi və dayaqlığı diqqətə almalıdılar. Təlimin nəticəsi olaraq Siz korporativ maliyyənin aparılmasında tələb olunan analitik bilgilər vasitəsilə maliyyə təhlilini peşəkar şəkildə apara biləcəksiniz.

2. Təlim kimlər üçün hazırlanıb?

Təlim proqramı kapital bazarında iştirak edən və ya iştirak etmək istəyən peşəkar korporativ dinləyicilər, o cümlədən müəyyən bilik bazasına malik olan və karyerasını kapital bazarında görən fərdi müştərilər üçün nəzərdə tutulub.

Əsas potensial dinləyicilər: Orta təcrübəli portfel menecerləri, maliyyə menecerləri, tədqiqatçılar, məsləhətçilər, fərdi və institusional investorlar, bank sahəsi üzrə aparıcı mütəxəssislər, maliyyə asistentləri və maliyyə sahəsinin digər peşəkarlarıdır.

3. Tələb olunan biliklər:

· Yoxdur

4. Təlimin təşkili:

Təlimdən öncə kiçik sınaq imtahanı təşkil olunur. Təlim 9 dəsrdən ibarətdir. Hər dərsin müddəti 2 saatdır. Birinci saatdan sonra 15 dəqiqəlik fasilə nəzərdə tutulub.Təlim iştirakçılar tədris materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır. Təlimin sonunda test təşkil olunacaq. Testi uğurla bitirən tələbələr müvəfəqiyyət sertifikatı ilə təmin olunacaqlar.

5. Təlimin məqsədləri:

· İnvestisiya qərarlarının qəbul edilməsi kriteriyalarının müəyyən edilməsi;

· Layihələrin dəyərləndirilməsində korporativ menecmentin effektivliyinin artırılması;

· Biznes mühitində kapital bazarının effektiv istifadəsinin artırılması.

6. Təlimin modulları:

Modullar

Mövzuların adı

Müddəti

1. Korporativ maliyyə dərsinə giriş və pulun zaman dəyəri

- Korporativ maliyyə və maliyyə meneceri

- Biznesin təşkili formaları

- Sahibkarlığın və menecmentin ayrılması

- Pulun zaman dəyəri və onun investisiya layihələrinin dəyərləndirilməsinə tətbiqi

- Faiz dərəclərinin növləri:

mürəkkəb və sadə faiz dərəcəsi, annuitet, “perpetuity”

2 saat

2. İnvestisiya qərarı üçün meyarlar

- Xalis zaman dəyəri, gəlirlilik və kapitalın itirilmiş imkan baxımından dəyəri

- Layihələrin seçimində investisiya meyarları və şirkət üçün “dəyər” anlamı

- Menecerlərin və səhmdarların maraqlarının uyğunlaşdırılması mexanizmləri

- Xalis zaman dəyəri, mühasibat baximindan gəlirlilik və daxili gəlirlilik,

- xərclərin örtülməsi periodu

- Məhdud kapital şəraitində investisiya seçimi

2 saat

3. Korporativ maliyyələşmə və bazar effektivliyi

- Ən yaxşı maliyyələşmə strategiyasını necə müəyyən etmək olar

- Layihələr üzrə investisiya və maliyyələşmə qəralarının bir-birindən ayrılması

- Effektiv bazar hipotezi və onun nəticələri

- Maliyyə mənbələri

- Borc və səhm kapitalının əsas xüsusiyyətləri

- Əsas maliyyə institutları

2 saat

4. Pulun zaman dəyəri yanaşmasının istiqrazların dəyərləndirilməsinə tətbiqi

- Zaman strukturu və gəlirlilik

- Faiz dərəcələri və istiqrazların qiymətləri arasında əlaqə

- Zaman strukturu nəzəriyyələri

- Risk premiyası

2 saat

5.Pulun zaman dəyəriyanaşmasının səhmlərindəyərləndirilməsinə tətbiqi

- Sabit dividend artımı şərtində səhmin dəyərinin ölçülməsi

- Səhm qiymətinin dividend artımı və tələb olunan gəlirlik göstəricisinə həssaslığı

- Qeyri-sabit artım şərtində səhmin dəyərinin ölçülməsi

2 saat

6.Risk vəgəlirlilik, kapitalın dəyəri

- Risk və gəlirliliyin ölçülməsi

- Riskin divesifikasiyası, sistem riskləri

- Kapitalın orta çəkili dəyəri

- Risk və gəlirlilik arasında əlaqəni ölçməyə imkan verən nəzəriyyələr:

- CAPM (kapital aktivinin qiymətləndirmə modeli)

- Arbitraj qiymətləndirmə modeli

- Faktor qiymətləndirmə modeli

2 saat

7.Kapitalın strukturu

- İdeal dünyada kapitalın strukturunun əhəmiyyətsizliyi: Modigliani-Miller teorem I və II

- Vergilər olan dünyada kapitalın strukturu

- İflas xərcləri olan dünyada kapitalın strukturu

- İnformasiya asssimetriyası olan dünyada kapitalın strukturu

2 saat

8.Korporativ maliyyələşmə və bazar effektivliyi

- Səhmdarlara ödəniş formaları: dividendlər və səhmlərin geri alışı

- Modigliani-Miller dünyasında dividend siyasətinin əhəmiyyətsizliyi

- Dividend siyasətinin determinantları

- Assimetrikin formasiya və bazarların seqmentasiyası şəraitində dividend siyasəti

2 saat

9.Pulun zaman dəyəri yanaşmasının istiqrazların dəyərləndirilməsinə tətbiqi

- İnteqrasiya formaları

- Birləşmə üçün motivlər

- Ödəniş metodu

2 saat

7. Təlim iştirakçılarının sayı:

12 nəfərədək

8. Təhsil siyasətimiz:

Təhsil sahəsində fəaliyyət göstərdiyimizi nəzərə alaraq hər bir iştirakçı qarşısında məsuliyyətimizi dərk edirik. Əlavə olaraq təlimləri uğurla bitirmiş iştirakçılar bizi biznes mühitində də təmsil edirlər. Qeyd olunanları nəzərə alaraq, keyfiyyəti ən üstün prioritetdə saxlayır və mükəmməl təhsil qurumu olmaq üçün əlimizdən gələni etməyə hazırıq.

Təlimdən sonra şərhinizi "Müştəri məmnuniyyət forması"-nı doldurmaqla bizə anonim şəkildə ünvanlaya bilərsiniz.

Təlimçilərimiz
Şərhlər
Şərh #1
Möhtəşəm proyektdir. Bu tip tədris
mərkəzlərinə azərbaycan böyük
ehtiyac var.
Şərh #2
Göstərdikləri yüksək xidmətə görə
Mərkəzin direktoru Cəmilə xanıma,
təlimçi Rauf bəyə minnətdarlığımı
bildirirəm.
Şərh #3
Tədris üsulu əladır.
Şərh #4
Səlis, anlaşılan dildə təlim
Şərh #5
Təlim yüksək səviyyədə təşkil olunur
Şərh #6
Men yanvar ayında sizin təliminizdə iştirak
etmişdim müsahibəyə hazırlaşmaq üçün
və bu gün müsahibəm çox uğurlu oldu
Sizin kursunuza təşəkkürümü bildirirəm
Şərh #7
Kursun təşkili və aparılması əsil
zamanın tələbinə uyğun təşkil olunub.
Şərh #8
Hər şeyə görə sizə çox minnətdaram.
Şərh #9
Bu kursda istəkdən aslı olaraq,
çox biliklər əldə etmək olar.
Şərh #10
CFA imtahanına qısa müddətdə
effektiv şəkildə hazırlıq.
Şərh #11
Bazarda CFA imtahanına hazırlıqda
ən güclü.
Şərh #12
Mövzuları aydın və dərindən keçirilir.
Şərh #13
İstədiyimi aldığımı deyə bilərəm.
Cox yaxşı!
Şərh #14
Maliyyə sahəsində biliklərə sahib oldum və
baxış mövqəm daha da yaxşılaşdı.
Şərh #15
Digər təlimlərdə iştirak etməyə
çox böyük maraq yarandı
Şərh #16
Bütün kurslardan olanlarla müqayisədə
bu kursdan çox yaxşı nəticələr gözləyirik
Şərh #17
Kursun təşkilatçilarına və müəllimə
öz təşəkkürümü bildirirəm
Şərh #18
Kursla bağlı hər hansı bir
iradım yoxdur
Şərh #19
Hər şeyə görə təşəkkürlər!
Şərh #20
İşlərinizdə uğurlar,rəhbərlik çalışırdıki
təlim maksimum səviyyədə faydalı olsun.
Şərh #21
Kommersiya maraqları önə cəkilmirdi.
Şərh #22
Uğurlar sizə. Biliklərimizi artırmaq
sizin sayənizdədir.
Sorğu göndər