Dil seçimi: AZ EN RU
Bizimlə əlaqə:
+994 (12) 498 16 77
+994 (51) 498 16 77
info@cmtc.gov.az
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası
Layihələrin İdarə Edilməsi
Dərs cədvəli
ümumi335Μ
  • Təlimçi:
    Ramiz Məmmədli
    MPA, PMP
Kursa qeydiyyat
Təlim keçiriləcək yer: Sahib Zeynalov küçəsi 9/7, Bakı, Azərbaycan
Əlaqə telefonu: (012) 498 16 77
E-poçt ünvanı: info@cmtc.gov.az
Dil: Azərbaycan dili

1.      Təlim haqqında ümumi məlumat:

 

Bu kursda Siz layihələrin idarə edilməsinin əsaslarını, təşkilat daxilində sahənizlə bağlı kiçik və orta layihələri idarə etməyi öyrənəcəksiniz. Layihələr daxilində problemlərin müəyyənləşdirilməsi, nəzarət sisteminin qurulması, tədbirlərin planlaşdırılması və ümumi çətinliklərdən kənarlaşma yolları təlimdə ətraflı müzakirə olunacaqdır. Siz həmçinin layihələrə məxsus olan uğur amillərini və gizli riskləri aşkara çıxarmaqla, kiçik və orta ölçülü layihələri uğurlu idarə etmək üçün tələb olunan strategiyaları və texnikaları anlayacaqsınız. Təlim materialları sahəyə məxsus ən müasir biliklərə, xüsusilə Layihənin İdarə Edilməsi İnstitunun (Project Managment İnstitute's (PMI)) yanaşmasına əsaslanır. Tələbələr strukturlaşdırılmış praktiki çalışmalarda (workshops) iştirak edir və beləliklə simulyasiya olunan layihəplanlarını hazırlayıb icra edirlər. 

 

2. Təlim kimlər üçün hazırlanıb:

Təlim bu sahəyə qatılmaq istəyən gələcək rəhbərlər, az təcrübəli layihə menecerləri, biznes rəhbərləri və ya sahə üzrə təlim almamış layihənin idarə edən qruplar üçün nəzərdə tutulub. Eyni zamanda təlim sahəsi üzrə biliklər və vərdişlərin çatışmamasını hiss edən təcrübəli layihə menecerləri və ya onların rəhbərləri üçün uyğundur.

 

3. Tələb olunan biliklər:

Yoxdur.

 

4. Təlimin nəticəsində iştirakçılar:

 

       Layihənin idarə edilməsi dövrünü və onun əsas komponentlərini başa düşəcəklər;

       WBS-danistifadə etməklə böyük və ya mürəkkəb idarə tapşırıqlarının bölməsini anlayacaqlar;

       CPM texnikasından istifadə etməklə işi planlaşdıracaq, qiymətləndirəcək, strukturlaşdıracaq və büdcələşdirəcəklər;

       Əsas planları optimallaşdırmaq üçün zaman/dəyər seçim üsullarını tətbiq edəcəklər;

       Qeyri-müəyyənliklər ilə məşğul olacaq və riski idarə edəcəklər;

       Xərclər, cədvəllər və texniki preformansı ölçüb nəzarətdə saxlayacaqlar;

       Layihənin icra statusu və problemlərinin monitorinqini aparacaq, sənədləşdirəcək və hesabatlarını tərtib edəcəklər;

       Dəyişiklikləri idarə edəcək və zəruri hallarda işləri yeniləndirəcəklər;

       Rəhbərliyin dəstəyini qazanmaq yollarını və lazımi resusrları əldə etmək yollarını öyrənəcəklər; Müştəri və müdiriyyətin məmnuniyyətini təmin edəcəklər.

 

    5. Təlim modulları:

 

Mövzuların adı

Modullar

Müddəti

1. Layihənin idarə edilməsinə

(Lİ) giriş

1.1. Giriş, kursun məqsəd və nəticələri;

1.2. Lİ üzrə beynəlxalq standartlar;

1.3. Lİ üzrə beynəlxalq metodologiyalar;

1.4. İnsan tarixində layihənin idarə edilməsi;

1.5. “Layihə”, “proqram” və “portfel” anlayışları;

1.6.  Layihələrdə üçqat məhdudiyyət anlayışı;

1.7.  Praktiki tapşırıq: “Marshmallow Challenge”;

1.8. Layihənin dövrü və Lİ-də bilik sahələri;

1.9.   Praktiki tapşırıq: “Ən sürətli ev”; 

1.10. Təşkilati strukturlar və Lİ - nin tamamlanması;

1.11. Lİ – nin vacibliyi - statistik məlumatlar;

1.12. Suallar və Cavablar: sessiyanın sonu.

 

 

 

 

 

 

3 saat

 

 

 

2. Praktiki Lİ

2.1. Praktiki Lİ–kursun qaydaları və məqsədləri;

2.2. Layihə seçilməsində kəmiyyət və keyfiyyət alətləri;

2.3. Top rəhbərlik və lahiyə sponsorları - rollar və vəzifələr;

2.4. Layihə menecerinin vəzifə təlimatı;

2.5. Layihə qrupu – onlar kimlərdir?

 

 

 

2 saat

 

3. Layihənin başlanması

3.1. Layihətəsviri (Charter);

3.2. SMART məqsədləri;

3.3. Maraqlı tərəflərlə işin qurulması

 

2 saat

4.Layihənin planlaşdırılması

 

4.1. Layihə tələbləri;

4.2. İşin Bölünmə Strukturu (Work Breakdown Structure (WBS));

4.3.Qiymətləndirmə üsulları;

4.4. Layihə məsələlərinin məntiqi asıllığı;

4.5. Resursların dəyərləndirilməsi;

4.6. Layihə tədbirləri üzrə müddətin qiymətləndirilməsi;

4.7. Layihə şəbəkə diaqramı;

4.8. Kritik yol metodu (Critical path method (CPM)); 

4.9. Xərclərin hesablanması və planlaşdırılması;

4.10.İnsan resurslarının planlaşdırılması;

4.11.Risklərin planlaşdırılması;

4.12.Əlaqələrin planlaşdırılması;

4.13.Keyfiyyətin planlaşdırılması; 

4.14.Təminatın planlaşdırılması.

 

 

 

 

 

 

 

10 saat

5. İcra

 

5.1. Layihə qrupunu idarə edilməsi;

5.2. Performans hesabatı;

5.3. Dəyişikliklərin idarə edilməsi;

5.4. Qazanılmış dəyər metodu;

5.5. Fövqəladə və idarə etmə ehtiyatları.

 

 

2 saat

6. Tamamlanma

6.1. Tapşırıqların imzalanması;

6.2. İnzibati işlərin və müqavilənin tamamlanması;

6.3. Layihə sənədlərinin arxivləşdirilməsi;

6.4. Öyrəndiklərinin sənədləşdirilməsi.

 

     1 saat

 

6.Təlim iştirakçılarının sayı: 12 nəfərədək

 

7. Təhsil siyasətimiz:

 

Təhsil sahəsində fəaliyyət göstərdiyimizi nəzərə alaraq hər bir iştirakçı qarşısında məsuliyyətimizi dərk edirik. Əlavə olaraq təlimləri uğurla bitirmiş iştirakçılar bizi biznes mühitində də təmsil edirlər. Qeyd olunanları nəzərə alaraq, keyfiyyəti ən üstün prioritetdə saxlayır və mükəmməl təhsil qurumu olmaq üçün əlimizdən gələni etməyə hazırıq. Təlimdən sonra şərhinizi "Müştəri məmnuniyyət forması"-nı doldurmaqla bizə anonim şəkildə ünvanlaya bilərsiniz.

Təlimdən sonra şərhinizi "Müştəri məmnuniyyət forması"-nıdoldurmaqla bizə anonim şəkildə ünvanlaya bilərsiniz.

 

 

 

Təlimçilərimiz
Şərhlər
Şərh #1
Möhtəşəm proyektdir. Bu tip tədris
mərkəzlərinə azərbaycan böyük
ehtiyac var.
Şərh #2
Göstərdikləri yüksək xidmətə görə
Mərkəzin direktoru Cəmilə xanıma,
təlimçi Rauf bəyə minnətdarlığımı
bildirirəm.
Şərh #3
Tədris üsulu əladır.
Şərh #4
Səlis, anlaşılan dildə təlim
Şərh #5
Təlim yüksək səviyyədə təşkil olunur
Şərh #6
Men yanvar ayında sizin təliminizdə iştirak
etmişdim müsahibəyə hazırlaşmaq üçün
və bu gün müsahibəm çox uğurlu oldu
Sizin kursunuza təşəkkürümü bildirirəm
Şərh #7
Kursun təşkili və aparılması əsil
zamanın tələbinə uyğun təşkil olunub.
Şərh #8
Hər şeyə görə sizə çox minnətdaram.
Şərh #9
Bu kursda istəkdən aslı olaraq,
çox biliklər əldə etmək olar.
Şərh #10
CFA imtahanına qısa müddətdə
effektiv şəkildə hazırlıq.
Şərh #11
Bazarda CFA imtahanına hazırlıqda
ən güclü.
Şərh #12
Mövzuları aydın və dərindən keçirilir.
Şərh #13
İstədiyimi aldığımı deyə bilərəm.
Cox yaxşı!
Şərh #14
Maliyyə sahəsində biliklərə sahib oldum və
baxış mövqəm daha da yaxşılaşdı.
Şərh #15
Digər təlimlərdə iştirak etməyə
çox böyük maraq yarandı
Şərh #16
Bütün kurslardan olanlarla müqayisədə
bu kursdan çox yaxşı nəticələr gözləyirik
Şərh #17
Kursun təşkilatçilarına və müəllimə
öz təşəkkürümü bildirirəm
Şərh #18
Kursla bağlı hər hansı bir
iradım yoxdur
Şərh #19
Hər şeyə görə təşəkkürlər!
Şərh #20
İşlərinizdə uğurlar,rəhbərlik çalışırdıki
təlim maksimum səviyyədə faydalı olsun.
Şərh #21
Kommersiya maraqları önə cəkilmirdi.
Şərh #22
Uğurlar sizə. Biliklərimizi artırmaq
sizin sayənizdədir.
Sorğu göndər