Dil seçimi: AZ EN RU
Bizimlə əlaqə:
+994 (12) 498 16 77
+994 (51) 498 16 77
info@cmtc.gov.az
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası
Maliyyə sisteminin əsasları
Dərs cədvəli
ümumi115Μ
  • Təlimçi:
    Elvin Mirzəyev, CFA, FRM
Kursa qeydiyyat
Təlim keçiriləcək yer: Sahib Zeynalov küçəsi 9/7, Bakı, Azərbaycan
Əlaqə telefonu: +99412 498 16 77
E-poçt ünvanı: info@cmtc.gov.az
Dil: Azərbaycan dili

1. Təlim haqqında ümumi məlumat:

Bu təlim proqramını bitirən iştirakçılar maliyyə sistemi haqqında əsas təlim bilikləri alacaqlar. Təlim özündə maliyyə sistemin kimlərdən ibarət olduğunu, iştirakçıların fəaliyyəti və rolu, maliyyə alətlərinin növləri kimi mövzuları birləşdirir. Başlanğıc kursu olaraq, bu təlim maliyyə sahəsinə qatılıb, daha peşəkar kurslara qatılmaq istəyən dinləyicilər üçün nəzərdə tutulub.

2. Təlim kimlər üçün hazırlanıb?

Təlim Azərbaycan kapital bazarının alətləri ilə peşəkar şəkildə işləyib, onların qiymətləndirilməsini dəqiq və düzgün aparmaq istəyən dinləyicilər üçün nzərdə tutulub.

3. Tələb olunan biliklər:

  • Yoxdur

4. Təlimin təşkili:

Təlim 6 dərsdən ibarətdir. Hər dərsin müddəti 2 saatdır. Birinci saatdan sonra 15 dəqiqəlik fasilə nəzərdə tutulub.Təlim iştirakçılar tədris materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır. Təlimin sonunda test təşkil olunur. Testi uğurlu bitirən tələbələr müvəfəqiyyət sertifikatı ilə təmin olunurlar.

5. Təlimin məqsədləri:

  • Maliyyə sisteminin iş prinsiplərini təqdim etmək;
  • Maliyyə sisteminin iştirakçılarını təqdim etmək;
  • Maliyyə sistemi haqqında iştirakçılarda tam təsəvvür formalaşdırmaq.

6. Təlimin modulları:

Mövzuların adı Müddəti
1. Maliyyə sisteminin quruluşu 2 saat
2. Maliyə bazarları mövzusuna giriş 2 saat
3. Maliyyə alətləri ümumi 2 saat
4. Bank sisteminin strukturu və funksiyası: Kommersiya və İnvestisiya bankları 2 saat
5. Digər ixtisaslaşmış Maliyyə institutları 2 saat
6. Sığorta şirkətləri maliyyə sisteminin elementi kimi 2 saat

7. Təlim iştirakçılarının sayı:

6 nəfərə-dək

8. Təhsil siyasətimiz:

Təhsil sahəsində fəaliyyət göstərdiyimizi nəzərə alaraq hər bir iştirakçı qarşısında məsuliyyətimizi dərk edirik. Əlavə olaraq təlimləri uğurla bitirmiş iştirakçılar bizi biznes mühitində də təmsil edirlər. Qeyd olunanları nəzərə alaraq, keyfiyyəti ən üstün prioritetdə saxlayır və mükəmməl təhsil qurumu olmaq üçün əlimizdən gələni etməyə hazırıq.

Təlimdən sonra şərhinizi "Müştəri məmnuniyyət forması"-nı doldurmaqla bizə anonim şəkildə ünvanlaya bilərsiniz.

Təlimçilərimiz
Şərhlər
Şərh #1
Möhtəşəm proyektdir. Bu tip tədris
mərkəzlərinə azərbaycan böyük
ehtiyac var.
Şərh #2
Göstərdikləri yüksək xidmətə görə
Mərkəzin direktoru Cəmilə xanıma,
təlimçi Rauf bəyə minnətdarlığımı
bildirirəm.
Şərh #3
Tədris üsulu əladır.
Şərh #4
Səlis, anlaşılan dildə təlim
Şərh #5
Təlim yüksək səviyyədə təşkil olunur
Şərh #6
Men yanvar ayında sizin təliminizdə iştirak
etmişdim müsahibəyə hazırlaşmaq üçün
və bu gün müsahibəm çox uğurlu oldu
Sizin kursunuza təşəkkürümü bildirirəm
Şərh #7
Kursun təşkili və aparılması əsil
zamanın tələbinə uyğun təşkil olunub.
Şərh #8
Hər şeyə görə sizə çox minnətdaram.
Şərh #9
Bu kursda istəkdən aslı olaraq,
çox biliklər əldə etmək olar.
Şərh #10
CFA imtahanına qısa müddətdə
effektiv şəkildə hazırlıq.
Şərh #11
Bazarda CFA imtahanına hazırlıqda
ən güclü.
Şərh #12
Mövzuları aydın və dərindən keçirilir.
Şərh #13
İstədiyimi aldığımı deyə bilərəm.
Cox yaxşı!
Şərh #14
Maliyyə sahəsində biliklərə sahib oldum və
baxış mövqəm daha da yaxşılaşdı.
Şərh #15
Digər təlimlərdə iştirak etməyə
çox böyük maraq yarandı
Şərh #16
Bütün kurslardan olanlarla müqayisədə
bu kursdan çox yaxşı nəticələr gözləyirik
Şərh #17
Kursun təşkilatçilarına və müəllimə
öz təşəkkürümü bildirirəm
Şərh #18
Kursla bağlı hər hansı bir
iradım yoxdur
Şərh #19
Hər şeyə görə təşəkkürlər!
Şərh #20
İşlərinizdə uğurlar,rəhbərlik çalışırdıki
təlim maksimum səviyyədə faydalı olsun.
Şərh #21
Kommersiya maraqları önə cəkilmirdi.
Şərh #22
Uğurlar sizə. Biliklərimizi artırmaq
sizin sayənizdədir.
Sorğu göndər