Dil seçimi: AZ EN RU
Bizimlə əlaqə:
+994 (12) 498 16 77
+994 (51) 498 16 77
info@cmtc.gov.az
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası
Maliyyə təhlili
Dərs cədvəli
ümumi219Μ
  • Təlimçi:
    Hikmət Sultanov
    CFA
  • Təlimçi:
    Seymur İbadov
    CFA ll namizədi
Kursa qeydiyyat
Təlim keçiriləcək yer: Sahib Zeynalov küçəsi 9/7, Bakı, Azərbaycan
Əlaqə telefonu: +99412 498 16 77
E-poçt ünvanı: info@cmtc.gov.az
Dil: Azərbaycan dili

1. Təlim haqqında ümumi məlumat:

Təlim proqramı maliyyə sahəsinə yeni qatılıb peşəkar maliyyəçi olmaq istəyən üçün nəzərdə tutulub. Proqram maliyyə təhlilinin əsas biliklərini təqdim edərək, iştirakçılarda güclü maliyyə bazasını formalaşdırır. Bu təlim proqramını bitirən dinləyicilər maliyyə sahəsində hər bir mövzu üzrə daha dərin biliklərə yiyələnəcəklər. Təlim Mərkəzinin peşəkar təlim proqramına qatılmazdan öncə bu proqramın bitirilməsi məsləhət görülür.

2. Təlim kimlər üçün hazırlanıb?

Təlim proqramı peşəkar korporativ dinləyicilər və müəyyən bilik bazasına malik olan, və karyerasını maliyyə sahəsində görən fərdi müştərilər üçün hazırlanmışdır.

Əsas potensial dinləyicilər: Orta təcrübəli portfel menecerləri, biznes sahibkarları, pul menecerləri, tədqiqatçılar, məsləhətçilər, fərdi və institusional investorlar, özəl bankçılar, maliyyə asistentləri və maliyyə sahəsinin digər peşəkarları.

3. Tələb olunan biliklər:

  • Yoxdur

4. Təlimin təşkili:

Təlim 12 dərsdən ibarətdir. Dərslərin müddəti mövzudan asılı olaraq 2 və ya 3 saat təşkil edir. Birinci saatdan sonra 15 dəqiqəlik fasilə nəzərdə tutulub.Təlim iştirakçılar tədris materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır. Təlimin sonunda test təşkil olunacaq. Testi uğurla bitirən tələbələr müvəfəqiyyət sertifikatı ilə təmin olunacaqlar.

5. Təlimin məqsədləri:

  • İştirakçılarda Maliyyə və Maliyyə bazarı haqqında güclü bilik bazasını formallaşdırmaq;
  • İştirakçıları peşəkar təlimlərə hazırlamaq.

6. Təlimin modulları:

Mövzuların adı

Müddəti

1.       Korporativ Maliyyə giriş:

       a.    Ümumi tanışlıq

       b.    Pulun zamana görə dəyəri

    • Faiz dərəcəsi anlayışı
    • Cari dəyər, gələcək dəyər
    • Kapitallaşma və onun tezliyi
    • Annuitet və onun növləri

       c.     Layihələrin qiymətləndirilməsi

    • Kapital büdcələşməsinin vacibliyi və prosesləri
    • İnvestisiya qərarlarının verilməsi
    • Xalis cari dəyər, daxili gəlirlilikdərəcəsi
    • Qayıtmavə diskount edilmiş qayıtma dövrü

        d.      Kapıtalın dəyəri

    • Kapital dəyərinin komponentləri
    • Kapital aktivlərinin qiymətləndirilməsi metodu
    • Leverec
    • İşlək kapitalın idarə edilməsi, likvidlik

        e.      Alternativ investisiyalar haqqında

    • Özəl səhmlər
    • Daşınmaz əmlak
    • Törəmə alətlər
    • Qızıl

6 saat

2.       Maliyyə hesabatlılığı

a.       Ümumi anlayışlar

b.       Mənfəət –Zərər Hesabatı

    • Satışın tanınması
    • Faiz nisbəti metodu
    • Hissə-hissə tanınma metodu
    • Satılmış malların maya dəyərinin hesablanması metodları
    • Amortizasiya və onun növləri

c.       Balans hesabatı

    • Aktivlər və növləri
    • Öhdəliklər
    • Kapital

d.       Pul axınları hesabatı

    • Əməliyyat fəaliyyəti
    • İnvestisiya fəaliyyəti
    • Maliyyə fəaliyyəti

e.       Təhlil alətləri

    • Əmsallar vasitəsi ilə təhlil metodları
    • Dupond formula və izahı
    • Lizinq və növləri

6 saat

3.       Kapital

a.       Səhmlər və onların növləri

    • Səhm bazarları
    • Adi və imtiyazlı səhmlər

b.       Bazarın effektivliyi konsepsiyası

    • Bazar qiyməti və həqiqi qiymət
    • Bazar və onun növləri

c.       Porter 5 elementi,sənaye sahələrinin analizi

    • Portfelin 5 elementi
    • Sənayə sahələrin dövrülüyü
  1. Səhmlərin qiymətləndirilməsi
    • Cari dəyər modeli
    • Digərqiymətləndirməmodelləri
    • İmtiyazlısəhminqiymətləndirilməsi
    • Gordon modeli

4 saat

4.        İstiqrazlar

  1. İstiqrazlar haqqında ümumi anlayışlar
  2. İstiqrazların əsas xüsusiyyətləri
  3. İstiqrazlara investisiyanın riskləri
  4. Kredit agentlikləri və kredit reytinqləri
  5. İstiqrazın qiymətləndirilməsi

o    İstiqrazların spot dərəcəsinə görə qiymətləndirilməsi

o    Təmiz qiymət və tamqiymət anlayışları

o    Gəlirlilik ölçüləri

f.        Gəlirlilik əyriləri

o    Normal gəlirlilik əyriləri

o    Gəlirlilk əyrilərinin formaları

o    Nəzəri gəlir əyrisinin qurulması

o    Gəlir əyrisi riskinin ölçülməsi

6 saat

5.        Portfelin idarə edilməsinə giriş

  1. Ümumi anlayışlar
  2. İnvestorların növləri
  3. Əsas gəlirlilik ölçüləri
  4. Portfelin gəlirliliyi
  5. Məmnuniyyət nəzəriyyəsi
  6. Neytrallıq əyrisi
  7. Minimum varians sərhəddi

3 saat

 

7. Təlim iştirakçılarının sayı:

12 nəfərə-dək

8. Təhsil siyasətimiz:

Təhsil sahəsində fəaliyyət göstərdiyimizi nəzərə alaraq hər bir iştirakçı qarşısında məsuliyyətimizi dərk edirik. Əlavə olaraq təlimləri uğurla bitirmiş iştirakçılar bizi biznes mühitində də təmsil edirlər. Qeyd olunanları nəzərə alaraq, keyfiyyəti ən üstün prioritetdə saxlayır və mükəmməl təhsil qurumu olmaq üçün əlimizdən gələni etməyə hazırıq.

Təlimdən sonra şərhinizi "Müştəri məmnuniyyət forması"-nı doldurmaqla bizə anonim şəkildə ünvanlaya bilərsiniz.

Təlimçilərimiz
Şərhlər
Şərh #1
Möhtəşəm proyektdir. Bu tip tədris
mərkəzlərinə azərbaycan böyük
ehtiyac var.
Şərh #2
Göstərdikləri yüksək xidmətə görə
Mərkəzin direktoru Cəmilə xanıma,
təlimçi Rauf bəyə minnətdarlığımı
bildirirəm.
Şərh #3
Tədris üsulu əladır.
Şərh #4
Səlis, anlaşılan dildə təlim
Şərh #5
Təlim yüksək səviyyədə təşkil olunur
Şərh #6
Men yanvar ayında sizin təliminizdə iştirak
etmişdim müsahibəyə hazırlaşmaq üçün
və bu gün müsahibəm çox uğurlu oldu
Sizin kursunuza təşəkkürümü bildirirəm
Şərh #7
Kursun təşkili və aparılması əsil
zamanın tələbinə uyğun təşkil olunub.
Şərh #8
Hər şeyə görə sizə çox minnətdaram.
Şərh #9
Bu kursda istəkdən aslı olaraq,
çox biliklər əldə etmək olar.
Şərh #10
CFA imtahanına qısa müddətdə
effektiv şəkildə hazırlıq.
Şərh #11
Bazarda CFA imtahanına hazırlıqda
ən güclü.
Şərh #12
Mövzuları aydın və dərindən keçirilir.
Şərh #13
İstədiyimi aldığımı deyə bilərəm.
Cox yaxşı!
Şərh #14
Maliyyə sahəsində biliklərə sahib oldum və
baxış mövqəm daha da yaxşılaşdı.
Şərh #15
Digər təlimlərdə iştirak etməyə
çox böyük maraq yarandı
Şərh #16
Bütün kurslardan olanlarla müqayisədə
bu kursdan çox yaxşı nəticələr gözləyirik
Şərh #17
Kursun təşkilatçilarına və müəllimə
öz təşəkkürümü bildirirəm
Şərh #18
Kursla bağlı hər hansı bir
iradım yoxdur
Şərh #19
Hər şeyə görə təşəkkürlər!
Şərh #20
İşlərinizdə uğurlar,rəhbərlik çalışırdıki
təlim maksimum səviyyədə faydalı olsun.
Şərh #21
Kommersiya maraqları önə cəkilmirdi.
Şərh #22
Uğurlar sizə. Biliklərimizi artırmaq
sizin sayənizdədir.
Sorğu göndər