Dil seçimi: AZ EN RU
Bizimlə əlaqə:
+994 (12) 498 16 77
+994 (51) 498 16 77
info@cmtc.gov.az
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası
PSS-1
Dərs cədvəli
ümumi350Μ
  • Təlimçi:
    Aqşin Əlizadə
  • Təlimçi:
    Firdovsi Ağaşirinov
    CertCII
Kursa qeydiyyat
Təlim keçiriləcək yer: Sahib Zeynalov küçəsi 9/7, Bakı, Azərbaycan
Əlaqə telefonu: (012) 498 16 77
E-poçt ünvanı: info@cmtc.gov.az
Dil: Azərbaycan dili

1. Təlim haqqında ümumi məlumat:

PSS - Peşəkar Sığortaçı Sertifikasiyası üzrə təlimlər Böyük Britaniyanın Kral Sığorta İnstitutunun Sığorta: Təcrübə və Prinsiplər kitabı ilə aparılır. Peşəkar Sığortaçı Sertifikasiyası Azərbaycan sığorta bazarında peşəkar sığortaçı sertifikatlarının verilməsi üçün nəzərdə tutulub və Cİİ sertifikasiyasının Azərbaycan sığorta bazarı üçün nəzərdə tutulmuş versiyasıdır. Təlimdə sığorta prinsipləri və sığorta təcrübəsi müqayisəli şəkildə aparılır.

Eyni zamanda təlim proqramı Azərbaycan sığorta bazarının iş prinsipini təqdim edərək, bazar haqqında baza bilikləri formalaşdırır. Eyni zamanda dövriyyədə olan alətlər haqqında ətraflı məlumatlandırmaqla, onları hansı hallarda və nə şəkildə istifadə etmək lazım olduğunu izah edir. Yerli bazarda işləmək istəyən və yerli bazarın xüsusiyyətlərini dəqiq şəkildə anlamaq istəyənlər bu təlim proqramına dəvətlidirlər.

2. Təlim kimlər üçün hazırlanıb?

Təlim Azərbaycan sığorta bazarının bütün peşəkar iştirakçıları, həmçinin sığorta barədə məlumatlar əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulub.

3. Tələb olunan biliklər:

  • Yoxdur

4. Təlimin təşkili:

Təlim 12 dərsdən, 2 sınaq imtahanından və 2 təkrar dərsdən ibarətdir. Hər dərsin müddəti 2 saatdır. Birinci saatdan sonra 15 dəqiqəlik fasilə nəzərdə tutulub.Təlim iştirakçılar tədris materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır. Təlimin sonunda Azərbaycan Risk Peşəkarları Assosasiyası tərəfindən test imatahanı təşkil olunur. Testi uğurlu bitirən tələbələr növbəti mərhələyə keçmək şansıəldə edirlər.

5. Təlimin məqsədləri:

  • Sığorta bazarının iştirakçılarına sığortanın əsas prinsipləri və təcrübə barədə məlumat vermək;
  • Sığorta bazarında peşəkarları artırmaq;
  • Sığorta bazarının bilik səviyyəsini və peşəkarlıq səviyyəsini beynəlxalq praktikaya uyğun olaraq yüksəkltmək.

 

6. Təlimin Modulu:

PROQRAM 1

 

¹

Mövzunun adı

Mövzular üzrə yarımbaşlıqlar

Müddət

Hazırlıq tapşırığı

İstifadə olunacaq mənbə

1

Sığortanın mənşəyi

1.1.Sığorta elminə giriş

1.2.Risk və sığorta

1.3.Müdafiə

1.4.Dəyər

1.5.Riskə yanaşma

120 dəqiqə

 

Səh.5-19

“Sığorta: Prinsiplər və Təcrübə”

 

Təqdimat

2

Sığorta Fəaliyyətinin əsasları

2.1.Sığortanın faydası

2.2.Sığortalana bilən risklər

2.3.Sığorta işinin təşkili

120 dəqiqə

 

19-27

Sığorta: Prinsiplər və Təcrübə”

 

Təqdimat

3

Sığorta Fəaliyyətinin əsasları

3.1.Lisenziyalaşdırma və nəzarət

3.2.Özünüsığorta

3.3.Sığorta şirkətlərinin strukturu

120 dəqiqə

 

27-35

Sığorta: Prinsiplər və Təcrübə”

 

Təqdimat

4

Sığortanın əsas Prinsipləri

4.1.Sığortanın tətbiqi

4.2. Məlumat vermə vəzifəsi

4.3.Sığorta marağı

4.4.Əvəzini ödəmə

120 dəqiqə

 

35-46

Sığorta: Prinsiplər və Təcrübə”

 

Təqdimat

5

Sığortanın əsas Prinsipləri

5.1.Subroqasiya

5.2.İştirak

5.3.Birbaşa səbəb

120 dəqiqə

 

46-54

Sığorta: Prinsiplər və Təcrübə”

 

Təqdimat

6

Sığortabazarı və vasitəçilik fəaliyyəti

6.1.Sığorta bazarı

6.2.Sığorta sektorunda vasitəçilik fəaliyyəti

120 dəqiqə

 

54-63

Sığorta: Prinsiplər və Təcrübə”

 

Təqdimat

7

Sığorta işinin aparılması və sistemli marketinq

7.1.Sığorta işinin aparılması

7.2.Sistemli marketinq

120 dəqiqə

 

63-73

Sığorta: Prinsiplər və Təcrübə”

 

Təqdimat

8

Sığorta müqavilələrinin bağlanması və qeydiyyatı

8.1.Müraciət

8.2.Sığorta müqaviləsi

8.3.Təminat şəhadətnaməsi və sığorta şəhadətnaməsi

8.4.Sığorta müqaviləsinin yenilənməsi

120 dəqiqə

 

73-83

Sığorta: Prinsiplər və Təcrübə”

 

Təqdimat

9

Sığorta müqavilələrinin bağlanması və qeydiyyatı

9.1.Anderaytinq

9.2.Sığorta haqqı

9.3.Sığorta tələbi

120 dəqiqə

 

83-102

Sığorta: Prinsiplər və Təcrübə”

 

Təqdimat

10

Təkrarsığorta, daxıllar və şərikli sığorta

10.1.Şərikli sığorta

10.2.Təkrarsığorta

 

120 dəqiqə

 

102-115

Sığorta: Prinsiplər və Təcrübə”

 

Təqdimat

11

Təkrarsığorta, daxıllar və şərikli sığorta

10.1.Daxıllar

120 dəqiqə

 

102-115

Sığorta: Prinsiplər və Təcrübə”

 

Təqdimat

12

İnformasiya texnologiyaları

11.1.Telefon çağrı mərkəzi:birbaşa satış

11.2.Sığortada elektron ticarət

11.3.Xərc və xidmət standartları

11.4.Məlumatların daxil edilməsi

120 dəqiqə

 

115-128

Sığorta: Prinsiplər və Təcrübə”

 

Təqdimat

 

6.Təlim iştirakçılarının sayı: 12 nəfərədək

 

7. Təhsil siyasətimiz:

 

Təhsil sahəsində fəaliyyət göstərdiyimizi nəzərə alaraq hər bir iştirakçı qarşısında məsuliyyətimizi dərk edirik. Əlavə olaraq təlimləri uğurla bitirmiş iştirakçılar bizi biznes mühitində də təmsil edirlər. Qeyd olunanları nəzərə alaraq, keyfiyyəti ən üstün prioritetdə saxlayır və mükəmməl təhsil qurumu olmaq üçün əlimizdən gələni etməyə hazırıq.

Təlimdən sonra şərhinizi "Müştəri məmnuniyyət forması"-nı doldurmaqla bizə anonim şəkildə ünvanlaya bilərsiniz.

 

Təlimçilərimiz
Şərhlər
Şərh #1
Möhtəşəm proyektdir. Bu tip tədris
mərkəzlərinə azərbaycan böyük
ehtiyac var.
Şərh #2
Göstərdikləri yüksək xidmətə görə
Mərkəzin direktoru Cəmilə xanıma,
təlimçi Rauf bəyə minnətdarlığımı
bildirirəm.
Şərh #3
Tədris üsulu əladır.
Şərh #4
Səlis, anlaşılan dildə təlim
Şərh #5
Təlim yüksək səviyyədə təşkil olunur
Şərh #6
Men yanvar ayında sizin təliminizdə iştirak
etmişdim müsahibəyə hazırlaşmaq üçün
və bu gün müsahibəm çox uğurlu oldu
Sizin kursunuza təşəkkürümü bildirirəm
Şərh #7
Kursun təşkili və aparılması əsil
zamanın tələbinə uyğun təşkil olunub.
Şərh #8
Hər şeyə görə sizə çox minnətdaram.
Şərh #9
Bu kursda istəkdən aslı olaraq,
çox biliklər əldə etmək olar.
Şərh #10
CFA imtahanına qısa müddətdə
effektiv şəkildə hazırlıq.
Şərh #11
Bazarda CFA imtahanına hazırlıqda
ən güclü.
Şərh #12
Mövzuları aydın və dərindən keçirilir.
Şərh #13
İstədiyimi aldığımı deyə bilərəm.
Cox yaxşı!
Şərh #14
Maliyyə sahəsində biliklərə sahib oldum və
baxış mövqəm daha da yaxşılaşdı.
Şərh #15
Digər təlimlərdə iştirak etməyə
çox böyük maraq yarandı
Şərh #16
Bütün kurslardan olanlarla müqayisədə
bu kursdan çox yaxşı nəticələr gözləyirik
Şərh #17
Kursun təşkilatçilarına və müəllimə
öz təşəkkürümü bildirirəm
Şərh #18
Kursla bağlı hər hansı bir
iradım yoxdur
Şərh #19
Hər şeyə görə təşəkkürlər!
Şərh #20
İşlərinizdə uğurlar,rəhbərlik çalışırdıki
təlim maksimum səviyyədə faydalı olsun.
Şərh #21
Kommersiya maraqları önə cəkilmirdi.
Şərh #22
Uğurlar sizə. Biliklərimizi artırmaq
sizin sayənizdədir.
Sorğu göndər