Dil seçimi: AZ EN RU
Bizimlə əlaqə:
+994 (12) 498 16 77
+994 (51) 498 16 77
info@cmtc.gov.az
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası
PL/TMM və müştəri xidməti
Dərs cədvəli
ümumi200Μ
  • Təlimçi:
    Fuad Əliyev
  • Təlimçi:
    Almaz Musayeva
Kursa qeydiyyat
Təlim keçiriləcək yer: Sahib Zeynalov küçəsi 9/7, Bakı, Azərbaycan
Əlaqə telefonu: (012) 498 16 77
E-poçt ünvanı: info@cmtc.gov.az
Dil: Azərbaycan/ingilis dili

1.      Təlim haqqında ümumi məlumat:

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) maliyyə bazarının iştirakçıları üçün həm ictimai əlaqələr və imic, həm də maddi maraqlar baxımından xüsusi əhəmiyyət kəsb edir. İlk baxışdan PL/TMM və marketinq və müştəri xidməti funksiyalarının məqsədləri fərqli görünsə də, əslində, hər ikisi maliyyə təsisatı və onun müştərisi arasında düzgün dəyər mübadiləsinə xidmət edir. Maliyyə təsisatı cinayətkar və ya terrorçuların əllərində alətə çevrilərsə, bu digər müştərilərin münasibəti və təsisatın imicinə mənfi təsir, habelə milli və beynəlxalq səviyyədə müvafiq sanksiyaların tətbiqi deməkdir. Müştəri xidməti monitorinq və audit funksiyalarla yanaşı maliyyə təsisatın PL/TMM üzrə 3 müdafiə səviyyəsinin birincisidir. Belə ki, müştəri xidməti əməkdaşları müştərilərlə birbaşa təmasda olan maliyyə təsisatı nümayəndələridir. Bu baxımdan onların üzərinə xüsusi missiya düşür. Müştəri xidməti nümayəndələri çirkli pulların yuyulması sahəsinə dair dərin biliklərə yiyələnməlidir, o cümlədən, bu cinayətin aşkarlanması və onun qarşısının alınması üzrə xüsusi tədbirlər haqqında tam məlumatlı olmalıdır.

 

2.      Təlim kimlər üçün hazırlanıb?

Müştəri xidməti, marketinq, satış və kredit şöbələrinin əməkdaşları.

 

3. Tələb olunan biliklər:

·         Yoxdur.

 

4. Təlimin təşkili:

Təlimin ümumi müddəti 10 saat təşkil edir. Təlim hər dərsin müddəti 4 saat olmaqla, 3 gün çərçivəsində keçirilə bilər. Təlim materialları mərkəz tərəfindən təmin olunacaqdır. Təlim zamanı müntəzəm olaraq testlər, sonda isə sınaq imtahanları təşkil olunacaqdır. Son sınaq imtahanını uğurla bitirən tələbələrmüvəfəqiyyət sertifikatı ilə təmin olunacaqlar.

 

5. Təlimin məqsədləri:

·         PL/TMM anlayışını dinləyicilərə təqdim etmək

·         PL/TM risklərinin idarə edilməsi haqqında məlumat vermək

·         Şübhəli müştəri kateqoriyalarını təqdim etmək

·         PL/TM üzrə şübhəlilik indikatorlarını təqdim etmək

·         PL/TMM keyfiyyətli müştəri xidməti çərçivəsində tətbiqini nümayiş etmək

 

6. Təlimin modulları:

Mövzuların adı

Müddəti

PL/TMM anlayışı. Beynəlxalq standartlar və milli qanunvericilik.

2 saat

Maliyyə sektorunda PL/TM riskləri və şübhəli müştərilər kateqoriyaları.

2 saat

PL/TMM sahəsində əməliyyatçının rolu, şübhəli əməliyyatlar və şübhəlilik indikatorları (“red flags”).

4 saat

PL/TMM üzrə effektiv müştəri xidməti tədbirləri.

2saat

İmtahan

 

 

7. Təlim iştirakçılarının sayı: 20 nəfərədək

 

8. Təhsil siyasətimiz:

Təhsil sahəsində fəaliyyət göstərdiyimizi nəzərə alaraq hər bir iştirakçı qarşısında məsuliyyətimizi dərkedirik. Əlavə olaraq təlimləri uğurla bitirmiş iştirakçılar bizi biznes mühitində də təmsil edirlər. Qeydolunanları nəzərə alaraq, keyfiyyəti ən üstün prioritetdə saxlayır və mükəmməl təhsil qurumu olmaqüçün əlimizdən gələni etməyə hazırıq.

 

Təlimdən sonra şərhinizi "Müştəri məmnuniyyət forması"-nı doldurmaqla bizə anonim şəkildə ünvanlıya bilərsiniz.

Təlimçilərimiz
Şərhlər
Şərh #1
Möhtəşəm proyektdir. Bu tip tədris
mərkəzlərinə azərbaycan böyük
ehtiyac var.
Şərh #2
Göstərdikləri yüksək xidmətə görə
Mərkəzin direktoru Cəmilə xanıma,
təlimçi Rauf bəyə minnətdarlığımı
bildirirəm.
Şərh #3
Tədris üsulu əladır.
Şərh #4
Səlis, anlaşılan dildə təlim
Şərh #5
Təlim yüksək səviyyədə təşkil olunur
Şərh #6
Men yanvar ayında sizin təliminizdə iştirak
etmişdim müsahibəyə hazırlaşmaq üçün
və bu gün müsahibəm çox uğurlu oldu
Sizin kursunuza təşəkkürümü bildirirəm
Şərh #7
Kursun təşkili və aparılması əsil
zamanın tələbinə uyğun təşkil olunub.
Şərh #8
Hər şeyə görə sizə çox minnətdaram.
Şərh #9
Bu kursda istəkdən aslı olaraq,
çox biliklər əldə etmək olar.
Şərh #10
CFA imtahanına qısa müddətdə
effektiv şəkildə hazırlıq.
Şərh #11
Bazarda CFA imtahanına hazırlıqda
ən güclü.
Şərh #12
Mövzuları aydın və dərindən keçirilir.
Şərh #13
İstədiyimi aldığımı deyə bilərəm.
Cox yaxşı!
Şərh #14
Maliyyə sahəsində biliklərə sahib oldum və
baxış mövqəm daha da yaxşılaşdı.
Şərh #15
Digər təlimlərdə iştirak etməyə
çox böyük maraq yarandı
Şərh #16
Bütün kurslardan olanlarla müqayisədə
bu kursdan çox yaxşı nəticələr gözləyirik
Şərh #17
Kursun təşkilatçilarına və müəllimə
öz təşəkkürümü bildirirəm
Şərh #18
Kursla bağlı hər hansı bir
iradım yoxdur
Şərh #19
Hər şeyə görə təşəkkürlər!
Şərh #20
İşlərinizdə uğurlar,rəhbərlik çalışırdıki
təlim maksimum səviyyədə faydalı olsun.
Şərh #21
Kommersiya maraqları önə cəkilmirdi.
Şərh #22
Uğurlar sizə. Biliklərimizi artırmaq
sizin sayənizdədir.
Sorğu göndər