Dil seçimi: AZ EN RU
Bizimlə əlaqə:
+994 (12) 498 16 77
+994 (51) 498 16 77
info@cmtc.gov.az
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası
Risklərin idarə edilməsi
Dərs cədvəli
ümumi220Μ
  • Təlimçi:
    Məhəmməd Məhərrəmli
    FRM ll namizədi
Kursa qeydiyyat
Təlim keçiriləcək yer: Sahib Zeynalov küçəsi 9/7, Bakı, Azərbaycan
Əlaqə telefonu: +99412 498 16 77
E-poçt ünvanı: info@cmtc.gov.az
Dil: Azərbaycan dili

1. Təlim haqqında ümumi məlumat:

Karyerasını maliyyə sahəsində qurmağı planlaşdıranlar üçün nəzərdə tutulan bu təlim proqramı maliyyə və qeyri-maliyyə riskləri, o cümlədən Azərbaycan banklarının üzləşdiyi risklər və onların idarə edilməsi məsələlərini əhatə edir. Təlim zamanı həmçinin bank risklərinin idarə edilməsində beynəlxalq təcrübənin tətbiqi məsələləri, risklərin ölçlüməsi, hesabat verilməsi, bank kapitalının adekvatlığı və s. kimi mövzular əhatə olunacaq və praktiki məşğələlər aparılacaq.

2. Təlim kimlər üçün hazırlanıb?

Risk haqqında ümumi anlayışı almaq istəyən hər kəs.

3. Tələb olunan biliklər:

  • Yoxdur

4. Təlimin təşkili:

Təlimin ümumi müddəti 16 saat təşkil edir. Dərslərin müddəti 4 saat olmaqla, 4 gün çərçivəsində keçirilə bilər. Təlim materialları mərkəz tərəfindən təmin olunacaqdır. Təlim zamanı müntəzəm olaraq testlər, sonda isə sınaq imtahanları təşkil olunacaqdır. Son sınaq imtahanını uğurla bitirən tələbələr müvəffəqiyyət sertifikatı ilə təmin olunacaqlar.

5. Təlimin məqsədləri:

  • Risk anlayışını dinləyicələrə təqdim etmək;
  • Maliyyə və qeyri-maliyyə risklərin idarə edilməsini təqdim etmək;
  • Risklərin idarə edilməsinin tətbiqini nümayiş etmək.

6. Təlimin modulları:

Mövzuların adı Müddəti
Bank Risklərinin təsnifatı və idarə edilməsi 2 saat
Maliyyə riskləri –Kredit, faiz və valyuta risklərinin ölçülməsi və və idarə olunması 8 saat
Qeyri-maliyyə riskləri – əməliyyat risklərinin ölçülməsi və idarə olunması 2 saat
Risklərin hesabat verilməsi 2 saat
Bazel prinsipləri və Bank riskləri 2 saat
İmtahan

7. Təlim iştirakçılarının sayı:

12 nəfərədək

8. Təhsil siyasətimiz:

Təhsil sahəsində fəaliyyət göstərdiyimizi nəzərə alaraq hər bir iştirakçı qarşısında məsuliyyətimizi dərk edirik. Əlavə olaraq təlimləri uğurla bitirmiş iştirakçılar bizi biznes mühitində də təmsil edirlər. Qeyd olunanları nəzərə alaraq, keyfiyyəti ən üstün prioritetdə saxlayır və mükəmməl təhsil qurumu olmaq üçün əlimizdən gələni etməyə hazırıq.

Təlimdən sonra şərhinizi "Müştəri məmnuniyyət forması"-nı doldurmaqla bizə anonim şəkildə ünvanlaya bilərsiniz.

Təlimçilərimiz
Şərhlər
Şərh #1
Möhtəşəm proyektdir. Bu tip tədris
mərkəzlərinə azərbaycan böyük
ehtiyac var.
Şərh #2
Göstərdikləri yüksək xidmətə görə
Mərkəzin direktoru Cəmilə xanıma,
təlimçi Rauf bəyə minnətdarlığımı
bildirirəm.
Şərh #3
Tədris üsulu əladır.
Şərh #4
Səlis, anlaşılan dildə təlim
Şərh #5
Təlim yüksək səviyyədə təşkil olunur
Şərh #6
Men yanvar ayında sizin təliminizdə iştirak
etmişdim müsahibəyə hazırlaşmaq üçün
və bu gün müsahibəm çox uğurlu oldu
Sizin kursunuza təşəkkürümü bildirirəm
Şərh #7
Kursun təşkili və aparılması əsil
zamanın tələbinə uyğun təşkil olunub.
Şərh #8
Hər şeyə görə sizə çox minnətdaram.
Şərh #9
Bu kursda istəkdən aslı olaraq,
çox biliklər əldə etmək olar.
Şərh #10
CFA imtahanına qısa müddətdə
effektiv şəkildə hazırlıq.
Şərh #11
Bazarda CFA imtahanına hazırlıqda
ən güclü.
Şərh #12
Mövzuları aydın və dərindən keçirilir.
Şərh #13
İstədiyimi aldığımı deyə bilərəm.
Cox yaxşı!
Şərh #14
Maliyyə sahəsində biliklərə sahib oldum və
baxış mövqəm daha da yaxşılaşdı.
Şərh #15
Digər təlimlərdə iştirak etməyə
çox böyük maraq yarandı
Şərh #16
Bütün kurslardan olanlarla müqayisədə
bu kursdan çox yaxşı nəticələr gözləyirik
Şərh #17
Kursun təşkilatçilarına və müəllimə
öz təşəkkürümü bildirirəm
Şərh #18
Kursla bağlı hər hansı bir
iradım yoxdur
Şərh #19
Hər şeyə görə təşəkkürlər!
Şərh #20
İşlərinizdə uğurlar,rəhbərlik çalışırdıki
təlim maksimum səviyyədə faydalı olsun.
Şərh #21
Kommersiya maraqları önə cəkilmirdi.
Şərh #22
Uğurlar sizə. Biliklərimizi artırmaq
sizin sayənizdədir.
Sorğu göndər