Dil seçimi: AZ EN RU
Bizimlə əlaqə:
+994 (12) 498 16 77
+994 (51) 498 16 77
info@cmtc.gov.az
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası
Təchizat Zəngirinin İdarə Edilməsi
Dərs cədvəli
ümumi280Μ
  • Təlimçi:
    Tural Vəzirov
    MBA, CİPP, CCMP
  • Təlimçi:
    Seymur İlyasov
    CPE™,CIPM™,MPM™,LSSWB™, Msc
Kursa qeydiyyat
Təlim keçiriləcək yer: Sahib Zeynalov küçəsi 9/7, Bakı, Azərbaycan
Əlaqə telefonu: (012) 498 16 77
E-poçt ünvanı: info@cmtc.gov.az
Dil: Azərbaycan dili

1. Təlim haqqında ümumi məlumat:

 

Təlim proqramı təchizat zəncirinin idarə edilməsininin əsaslarını, təchizatın formalarını, outsorsinq, tenderlerin keçirilmə qaydaları, tenderlerin növləri, şirkətlərin qiymətləndirilməsi ve qərar qəbul edilməsi mexanizmləri, müqavilə danışıqları, onların təşkili, müqavilələrin idarə olunması, logistika ve gömrük əməliyyatları ve təchizat zəncirində onların yeri haqda ətraflı məlumatların verilməsi üçün nəzərdə tutulub.

Təlim zamanı tələbin meydana gəlməsi, hansı sürətlə və hansı səviyyədə böyüməsi, necə bir trend izləməsi praktiki olaraq öyrədiləcək. Ehiyatların idarə edilməsində isə ehiyatların növləri, xüsusiyyətləri, saxlanılma miqdarları və ehtiyatların müəssisəyə etdiyi müsbət və mənfi təsirləri haqqıdan geniş məlumatlar veriləcək. Ən əsası isə ehtiyatları necə optimallaşdırmalıyıq ki, nə müəssisə əlavə anbarlama risk və xərcləri ilə qarşılaşmasın, nə də ehtiyatların tükənməsi səbəbilə stockout qalıb müştəri itkisi ilə üzləşməsin kimi suallarınıza cavab tapacaqsınız.

 

2. Təlim kimlər üçün hazırlanıb?

 

Təchizat və logistika mütəxəssisləri, anbardalar, satınalmalar üzrə mütəxəssislər və bu sahədə maraqlanan, gələcəkdə bu sahədə karyera qurmaq istəyənlər üçün.

 

 

3. Tələb olunan biliklər:

 

·         Yoxdur

 

 

4. Təlimin təşkili:

 

Təlim 8 dərsdən ibarətdir. Dərslərin müddəti mövzudan asılı olaraq 2 və ya 3 saat təşkil edir. Birinci saatdan sonra 15 dəqiqəlik fasilə nəzərdə tutulub.Təlim iştirakçıları tədris materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır. Keçirilmiş hər bir modulun sonunda iştirakçılar imtahan ediləcək, sonda bütün modullar üzrə imtahanın nəticələri toplanaraq yekun imtahan balı çıxarılacaq. Yekun imtahan balı yüksək olanlar "müvəffəqiyyət" sertifikatı ilə təltif olunacaqdır. 

 

5. Təlimin məqsədləri:

 

·         Optimal şəkildə təchizat sisteminin təşkili;

·         Təchizat danışıqlarının aparılması;

·         Tenderlərin keçirilməsinin təşkili;

·         Logistika (daşınmalar, gömrük və anbar) proseslərinin təşkili üzrə peşəkarlığın artırıması.

 

 

6. Təlimin modulları:

 

Tədrisi aparacaq mütəxəssis

Müddəti

Mövzuların adı

Tural Vəzirov

10 saat

Təchizat sistemi

 

·         Təchizat və Satınalma anlayışları, 5D/5R

·         TCO

·         Bazar araşdırmaları

·         Outsoursing formaları

·         RFİ / RFQ / RFP

·         Təchizatçıların dəyərləndirilməsi, SWOT analiz

·         Xərclərin qruplaşdırılması (Category Management)

·         Təchizat danışıqlarının təşkili və aparılması

·         Müqavilələrin idarəolunması (Tərəfdaşlarla - daxili və xarici iş prinsipləri)

 

Tural Vəzirov

2 saat

Logistika bloku

 

·         Ümumi anlayış

·         Dünyanın nəqliyyat infrastrukturu

·         Beynəlxalq daşınmaların təşkili

·         Azərbaycanın nəqliyyat şəbəkəsi

·         Gömrük orqanları ilə iş

·         Malların gömrük orqanlarında bəyan edilməsi

·         Gömrük rejimləri

 

Seymur İlyasov

2 saat

Tələblərin idarə Edilməsi

 

·         Tələbin yaranma qrafiki

·         Tələb trendinin və ölçüsünün hesablanması

·         Tələb əsaslı planın hazırlanması

·         Risk və tolerans paylarının hesablanması

·         Tələbin formalaşdırılması

Seymur İlyasov

4 saat

Anbarların və Ehtiyatların İdarə Edilməsi

·         Anbarın növləri, sinifləndirilməsi.

·         Anbarlamada səviyyələndirmə

·         Kritik anbarlama xətaları.

·         ABC analizi və qiymətləndirmə göstəriciləri.

·         Bullwhip effect

·         Əyani bir misal ilə tətbiqi.

 

7.       Təlim iştirakçılarının sayı: 15 nəfərədək

 

 

8.    Təlim siyasətimiz:

 

Təlim sahəsində fəaliyyət göstərdiyimizi nəzərə alaraq hər bir iştirakçı qarşısında məsuliyyətimizi dərk edirik. Əlavə olaraq təlimləri uğurla bitirmiş iştirakçılar bizi biznes mühitində də təmsil edirlər. Qeyd olunanları nəzərə alaraq, keyfiyyəti ən üstün prioritetdə saxlayır və mükəmməl təlim qurumu olmaq üçün əlimizdən gələni etməyə hazırıq.

Təlimdən sonra şərhinizi "Müştəri məmnuniyyət forması"nı doldurmaqla bizə anonim şəkildə ünvanlaya bilərsiniz.

Təlimçilərimiz
Şərhlər
Şərh #1
Möhtəşəm proyektdir. Bu tip tədris
mərkəzlərinə azərbaycan böyük
ehtiyac var.
Şərh #2
Göstərdikləri yüksək xidmətə görə
Mərkəzin direktoru Cəmilə xanıma,
təlimçi Rauf bəyə minnətdarlığımı
bildirirəm.
Şərh #3
Tədris üsulu əladır.
Şərh #4
Səlis, anlaşılan dildə təlim
Şərh #5
Təlim yüksək səviyyədə təşkil olunur
Şərh #6
Men yanvar ayında sizin təliminizdə iştirak
etmişdim müsahibəyə hazırlaşmaq üçün
və bu gün müsahibəm çox uğurlu oldu
Sizin kursunuza təşəkkürümü bildirirəm
Şərh #7
Kursun təşkili və aparılması əsil
zamanın tələbinə uyğun təşkil olunub.
Şərh #8
Hər şeyə görə sizə çox minnətdaram.
Şərh #9
Bu kursda istəkdən aslı olaraq,
çox biliklər əldə etmək olar.
Şərh #10
CFA imtahanına qısa müddətdə
effektiv şəkildə hazırlıq.
Şərh #11
Bazarda CFA imtahanına hazırlıqda
ən güclü.
Şərh #12
Mövzuları aydın və dərindən keçirilir.
Şərh #13
İstədiyimi aldığımı deyə bilərəm.
Cox yaxşı!
Şərh #14
Maliyyə sahəsində biliklərə sahib oldum və
baxış mövqəm daha da yaxşılaşdı.
Şərh #15
Digər təlimlərdə iştirak etməyə
çox böyük maraq yarandı
Şərh #16
Bütün kurslardan olanlarla müqayisədə
bu kursdan çox yaxşı nəticələr gözləyirik
Şərh #17
Kursun təşkilatçilarına və müəllimə
öz təşəkkürümü bildirirəm
Şərh #18
Kursla bağlı hər hansı bir
iradım yoxdur
Şərh #19
Hər şeyə görə təşəkkürlər!
Şərh #20
İşlərinizdə uğurlar,rəhbərlik çalışırdıki
təlim maksimum səviyyədə faydalı olsun.
Şərh #21
Kommersiya maraqları önə cəkilmirdi.
Şərh #22
Uğurlar sizə. Biliklərimizi artırmaq
sizin sayənizdədir.
Sorğu göndər