Dil seçimi: AZ EN RU
Bizimlə əlaqə:
+994 (12) 498 16 77
+994 (51) 498 16 77
info@cmtc.gov.az
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası
Təlimçilərimiz
Məhəmməd Məhərrəmli FRM ll namizədi Maliyyə üzrə bakalavr, UNEC-XİQ; Maliyyə və Mühasibatlıq üzrə magistr, Baş Risk Analitiki, Azərbaycan Beynəlxalq
Məhəmməd Məhərrəmli 2008-2012- cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə üzrə Bakalavr pilləsində, “Xüsusi İstedadlar Qrupu”nda ali təhsilə yiyələnmiş. Həmin illər ərzində bir sıra tələbə mübadilə proqramlarında iştirak edərək, 2010 cu ildə ABŞ-ın Duke Universitetində Layihələrin qiymətləndirilməsi və Risklərin idarə olunması üzrə, 2012-ci ildə isə Çexiyanın, Charles Universitetində Mühasibat uçotu və Qiymətləndirmə üzrə təhsil almışdır. 

2013-2014 ci illərdə İngiltərənin nüfuzlu universitetlərindən sayılan və Russel Qrupu universitetlərindən biri olan Queen Mary London Universitetində Maliyyə və Mühasibatlıq ixtisası üzrə magistr dərəcəsi ilə öz təhsilini davam etdirmiş və fərqlənmə ilə bitirmişdir. 

ACCA peşəkar kvalifikasiyasının F1 (Biznes Mühasib), F2 (İdarəetmə uçotu), F3 (Maliyyə uçotu), F4 (Korporativ və Biznes Haqqında Qanun) və F7 (Maliyyə Hesabatları) modulları üzrə imtahanlardan uğurlu nəticələr əldə etmişdir. 

Maliyyə, risk menecerləri üçün dünya miqyasında tanınmış peşəkar FRM-ll kvalifikasiyasına namizəddir. 

Peşəkar karyerası ərzində Azərbaycanın Dövlət Neft Fondu İnvestisiya Analitiki (intern), Hyatt Corporation: Gəlir Auditoru, İngiltərədə QUMMİF İnvestisiya Fondunda İnvestisiya Analitiki kimi fəaliyyət göstərmiş, İnvestisiya və Risklərin idarə edilməsi sahəsində peşəkar təcrübə toplamışdır. 

Hal-Hazırda Azərbaycan Beynəlxalq Bankında Baş Risk Analitiki vəzifəsində fəaliyyət göstərir.
Təlimçilərimiz
Şərhlər
Şərh #1
Möhtəşəm proyektdir. Bu tip tədris
mərkəzlərinə azərbaycan böyük
ehtiyac var.
Şərh #2
Göstərdikləri yüksək xidmətə görə
Mərkəzin direktoru Cəmilə xanıma,
təlimçi Rauf bəyə minnətdarlığımı
bildirirəm.
Şərh #3
Tədris üsulu əladır.
Şərh #4
Səlis, anlaşılan dildə təlim
Şərh #5
Təlim yüksək səviyyədə təşkil olunur
Şərh #6
Men yanvar ayında sizin təliminizdə iştirak
etmişdim müsahibəyə hazırlaşmaq üçün
və bu gün müsahibəm çox uğurlu oldu
Sizin kursunuza təşəkkürümü bildirirəm
Şərh #7
Kursun təşkili və aparılması əsil
zamanın tələbinə uyğun təşkil olunub.
Şərh #8
Hər şeyə görə sizə çox minnətdaram.
Şərh #9
Bu kursda istəkdən aslı olaraq,
çox biliklər əldə etmək olar.
Şərh #10
CFA imtahanına qısa müddətdə
effektiv şəkildə hazırlıq.
Şərh #11
Bazarda CFA imtahanına hazırlıqda
ən güclü.
Şərh #12
Mövzuları aydın və dərindən keçirilir.
Şərh #13
İstədiyimi aldığımı deyə bilərəm.
Cox yaxşı!
Şərh #14
Maliyyə sahəsində biliklərə sahib oldum və
baxış mövqəm daha da yaxşılaşdı.
Şərh #15
Digər təlimlərdə iştirak etməyə
çox böyük maraq yarandı
Şərh #16
Bütün kurslardan olanlarla müqayisədə
bu kursdan çox yaxşı nəticələr gözləyirik
Şərh #17
Kursun təşkilatçilarına və müəllimə
öz təşəkkürümü bildirirəm
Şərh #18
Kursla bağlı hər hansı bir
iradım yoxdur
Şərh #19
Hər şeyə görə təşəkkürlər!
Şərh #20
İşlərinizdə uğurlar,rəhbərlik çalışırdıki
təlim maksimum səviyyədə faydalı olsun.
Şərh #21
Kommersiya maraqları önə cəkilmirdi.
Şərh #22
Uğurlar sizə. Biliklərimizi artırmaq
sizin sayənizdədir.
Sorğu göndər