Təlimçilərimiz
Tural Vəzirov MBA, CİPP, CCMP
Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr dərəcəsinə yiyələnən Tural Vəzirov, 2007-ci ildə idarəetmə üzrə MBA dərəcəsini almışdır. Son 10 ildə Avropa və Yaxın Şərqdə təchizat üzrə bir sıra təlimlərdə iştirak etmiş, Beynəlxalq Biznes və Maliyyə İdarəetməsi Akademiyası tərəfindən verilən CİPP dərəcəsinin sahibidir. Hazırda müqavilələrin idarəedilməsi sahəsində professional dərəcənin əldə edilməsi üzərində çalışır. CİPS, İABFM, İACCM təşkilatlarının üzvüdür. Eyni zamanda Heriott-Watt Uivesitetinin Edinburq Biznes Məktəbində təhsilini davam etdirir. 

Neft və Qaz, Tikinti, Telekomunikasiya, Turizm və Əmlakların idarə olunması bazarlarında təchizat üzrə təcrübəyə malikdir. Hazırda yerli bazarda əmlakların idarə edilməsi üzrə boyük şirkətlərdən birində Təchizat şöbəsinin rəhbəri vəzifəsində çalışır. 

Son 4-5 ildə Bakı, Moskva, Sankt-Peterburq və Yohannesburq şəhərlərində müxtəlif şirkətlərdə təchizat sistemlərinin yaradılması və işçilərə təlimlərin tədrisi ilə məşğul olmuşdur.
Təlimçilərimiz
Şərhlər
Şərh #1
Möhtəşəm proyektdir. Bu tip tədris
mərkəzlərinə azərbaycan böyük
ehtiyac var.
Şərh #2
Göstərdikləri yüksək xidmətə görə
Mərkəzin direktoru Cəmilə xanıma,
təlimçi Rauf bəyə minnətdarlığımı
bildirirəm.
Şərh #3
Tədris üsulu əladır.
Şərh #4
Səlis, anlaşılan dildə təlim
Şərh #5
Təlim yüksək səviyyədə təşkil olunur
Şərh #6
Men yanvar ayında sizin təliminizdə iştirak
etmişdim müsahibəyə hazırlaşmaq üçün
və bu gün müsahibəm çox uğurlu oldu
Sizin kursunuza təşəkkürümü bildirirəm
Şərh #7
Kursun təşkili və aparılması əsil
zamanın tələbinə uyğun təşkil olunub.
Şərh #8
Hər şeyə görə sizə çox minnətdaram.
Şərh #9
Bu kursda istəkdən aslı olaraq,
çox biliklər əldə etmək olar.
Şərh #10
CFA imtahanına qısa müddətdə
effektiv şəkildə hazırlıq.
Şərh #11
Bazarda CFA imtahanına hazırlıqda
ən güclü.
Şərh #12
Mövzuları aydın və dərindən keçirilir.
Şərh #13
İstədiyimi aldığımı deyə bilərəm.
Cox yaxşı!
Şərh #14
Maliyyə sahəsində biliklərə sahib oldum və
baxış mövqəm daha da yaxşılaşdı.
Şərh #15
Digər təlimlərdə iştirak etməyə
çox böyük maraq yarandı
Şərh #16
Bütün kurslardan olanlarla müqayisədə
bu kursdan çox yaxşı nəticələr gözləyirik
Şərh #17
Kursun təşkilatçilarına və müəllimə
öz təşəkkürümü bildirirəm
Şərh #18
Kursla bağlı hər hansı bir
iradım yoxdur
Şərh #19
Hər şeyə görə təşəkkürlər!
Şərh #20
İşlərinizdə uğurlar,rəhbərlik çalışırdıki
təlim maksimum səviyyədə faydalı olsun.
Şərh #21
Kommersiya maraqları önə cəkilmirdi.
Şərh #22
Uğurlar sizə. Biliklərimizi artırmaq
sizin sayənizdədir.
Sorğu göndər