Təlimçilərimiz
Sabit Rəhimov FRM
Sabit Rəhimov 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir və həmin universitetin “Xüsusi istedadlar qrupu”nun məzunudur. Təhsilini bitirdikdən sonra peşəkar iş fəaliyyətini Unibank kommersiya bankında başlamış və 4 il müddətində korporativ kreditləşmə, iri layihələrin maliyyələşdirilməsi, sənədli əməliyyatlar və ticarətin maliyyələşdirilməsi sahələrində çalışaraq qısa müddətdə menecer vəzifəsinə qədər yüksəlmişdir. Daha sonra bir sıra kommersiya banklarında müxtəlif məsul vəzifələrdə çalışmışdır. 2011-ci ildə “Azərbaycan Beynəlxalq Bankı”nda Risklərin idarə edilməsi departamentində şöbə müdiri vəzifəsi ilə işə başlamış və hazırda həmin Bankda çalışır.

Peşəkar karyerası dövründə müxtəlif Avropa ölkələrində risklərin idarə edilməsi, ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə çoxsaylı seminarların, treninqlərin iştirakçısı olmuşdur.

Risklərin idarə edilməsi ilə bağlı nüfuzlu FRM sertifikat imtahanın hər iki mərhələsini ilk cəhddən keçmişdir və Azərbaycanda FRM adını almış üçüncü şəxs olmuşdur. Eyni zamanda, “Qlobal Risk Peşəkarları Assossasiyası”nın (GARP) üzvüdür.
Təlimçilərimiz
Şərhlər
Şərh #1
Möhtəşəm proyektdir. Bu tip tədris
mərkəzlərinə azərbaycan böyük
ehtiyac var.
Şərh #2
Göstərdikləri yüksək xidmətə görə
Mərkəzin direktoru Cəmilə xanıma,
təlimçi Rauf bəyə minnətdarlığımı
bildirirəm.
Şərh #3
Tədris üsulu əladır.
Şərh #4
Səlis, anlaşılan dildə təlim
Şərh #5
Təlim yüksək səviyyədə təşkil olunur
Şərh #6
Men yanvar ayında sizin təliminizdə iştirak
etmişdim müsahibəyə hazırlaşmaq üçün
və bu gün müsahibəm çox uğurlu oldu
Sizin kursunuza təşəkkürümü bildirirəm
Şərh #7
Kursun təşkili və aparılması əsil
zamanın tələbinə uyğun təşkil olunub.
Şərh #8
Hər şeyə görə sizə çox minnətdaram.
Şərh #9
Bu kursda istəkdən aslı olaraq,
çox biliklər əldə etmək olar.
Şərh #10
CFA imtahanına qısa müddətdə
effektiv şəkildə hazırlıq.
Şərh #11
Bazarda CFA imtahanına hazırlıqda
ən güclü.
Şərh #12
Mövzuları aydın və dərindən keçirilir.
Şərh #13
İstədiyimi aldığımı deyə bilərəm.
Cox yaxşı!
Şərh #14
Maliyyə sahəsində biliklərə sahib oldum və
baxış mövqəm daha da yaxşılaşdı.
Şərh #15
Digər təlimlərdə iştirak etməyə
çox böyük maraq yarandı
Şərh #16
Bütün kurslardan olanlarla müqayisədə
bu kursdan çox yaxşı nəticələr gözləyirik
Şərh #17
Kursun təşkilatçilarına və müəllimə
öz təşəkkürümü bildirirəm
Şərh #18
Kursla bağlı hər hansı bir
iradım yoxdur
Şərh #19
Hər şeyə görə təşəkkürlər!
Şərh #20
İşlərinizdə uğurlar,rəhbərlik çalışırdıki
təlim maksimum səviyyədə faydalı olsun.
Şərh #21
Kommersiya maraqları önə cəkilmirdi.
Şərh #22
Uğurlar sizə. Biliklərimizi artırmaq
sizin sayənizdədir.
Sorğu göndər