Vergi uçotu
Dərs cədvəli
ümumi270Μ
  • Təlimçi:
    Zöhrab Səfərov
  • Təlimçi:
    Şaban Abdullayev
Kursa qeydiyyat
Təlim keçiriləcək yer: Sahib Zeynalov küçəsi 9/7, Bakı, Azərbaycan
Əlaqə telefonu: (012) 498 16 77
E-poçt ünvanı: info@cmtc.gov.az
Dil: Azərbaycan/Rus

1. Təlim haqqında ümumi məlumat:

Təlim proqramı Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun təşkil edilmiş vergi uçotunun prinsip və qaydalarını, vergi bəyannamələrin hazırlanmasını və vergi qanunvericiliyinin tələblərinin mühasibat uçotunda əks etdirilməsini əhatə edir.

Təlim proqramını dinləmiş şəxslər a) vergi uçotunda hesablar planının strukturu, b) vergi bəyannamələrin elementləri, strukturu və tərtib edilməsi qaydaları, c) təsərrüfat subyektlərin gündəlik fəaliyyətlərində istifadə edilən əsas iqtisadi əməliyyatların nəzəri bazası və onların vergi uçotu sistemində düzgün əks etdirilməsi, e) təsərrüfat subyektlərin iqtisadi fəaliyyətinə birbaşa aid edilən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin (vergi, əmək, mülki və s.) təsiri və vergi uçotu sistemində və vergi bəyannamələrində düzgün əks etdirilməsi ilə tanış olacaqlar və bunlarla bağlı müvafiq bilikləri əldə etmiş olacaqlar.

2. Təlim kimlər üçün hazırlanıb?

Təlim proqramı karyerasını maliyyə və mühasibatlıq sahəsində qurmaq istəyən, vergi mütəxəssisi kimi çalışmaq istəyən xüsusi ixtisaslaşdırılmış və ali məktəblərin tələbə və məzunları, maliyyə və mühasibatlıq sahəsində çalışmağa yeni başlamış və yaxud bu sahədə təcrübəsi kifayət qədər olmayan, ixtisasını təkmilləşdirmək arzusunda olan fərdi dinləyicilər üçün nəzərdə tutulub.

3. Tələb olunan biliklər:

İqtisadi təhsil alan/almış şəxslərə üstünlük verilir.

4. Təlimin təşkili:

Təlim 15 dərsdən ibarətdir. Hər bir dərsin müddəti 2 saatdır. Hər bir dərs aralığında 15 dəqiqəlik fasilə nəzərdə tutulub.Təlim iştirakçılar tədris materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır.

5. Təlimin məqsədləri:

  • Vergi uçotunun əsasları ilə tanış olmaq
  • Gündəlik iqtisadi əməliyyatların vergi uçotu sistemində əks etdirilməsi
  • Vergi bəyannamələrin tərtib edilməsi

6. Təlimin modulları:

Mövzuların adı Müddəti
1. Giriş modulu: Mühasibatlığın əsasları
      a) Maliyyə hesabatların hazırlanması 4 saat
      b) Maliyyə hesabatların vergi bəyannamələrinə transformasiyası 2 saat
      c) Vergi uçotunun maliyyə uçotundan ayrılması səbəbləri, vergi balansı 2 saat
2. Xüsusi modul: Vergi uçotu
a) Fiziki şəxslərin gəlir vergisinın uçotu: qanunvericilik və vergi bəyannaməsinin tərtibatı qaydaları
4 saat
     b) Əlavə Dəyər Vergisinin uçotu: qanunvericilik və vergi bəyannaməsinin tərtibatı qaydaları 6 saat
c) Torpaq, əmlak və ödəmə mənbəyində tutulan vergilərin uçotu: qanunvericilik və vergi bəyannamələrin tərtibatı qaydaları
3 saat
     d) Mənfəət Vergisinin uçotu: qanunvericilik və vergi bəyannaməsinin tərtibatı qaydaları 6 saat
     e) Sadələşdirilmiş Vergi: qanunvericilik və vergi bəyannaməsinin tərtibatı qaydaları 3 saat

7. Təlim iştirakçılarının sayı:

12 nəfərə-dək

8. Təhsil siyasətimiz:

Təhsil sahəsində fəaliyyət göstərdiyimizi nəzərə alaraq hər bir iştirakçı qarşısında məsuliyyətimizi dərk edirik. Əlavə olaraq Təlimləri uğurla bitirmiş iştirakçılar bizi biznes mühitində də təmsil edirlər. Qeyd olunanları nəzərə alaraq, keyfiyyəti ən üstün prioritetdə saxlayır və mükəmməl təhsil qurumu olmaq üçün əlimizdən gələni etməyə hazırıq.

Təlimdən sonra şərhinizi "Müştəri məmnuniyyət forması"-nı doldurmaqla bizə anonim şəkildə ünvanlaya bilərsiniz.

Təlimçilərimiz
Şərhlər
Şərh #1
Möhtəşəm proyektdir. Bu tip tədris
mərkəzlərinə azərbaycan böyük
ehtiyac var.
Şərh #2
Göstərdikləri yüksək xidmətə görə
Mərkəzin direktoru Cəmilə xanıma,
təlimçi Rauf bəyə minnətdarlığımı
bildirirəm.
Şərh #3
Tədris üsulu əladır.
Şərh #4
Səlis, anlaşılan dildə təlim
Şərh #5
Təlim yüksək səviyyədə təşkil olunur
Şərh #6
Men yanvar ayında sizin təliminizdə iştirak
etmişdim müsahibəyə hazırlaşmaq üçün
və bu gün müsahibəm çox uğurlu oldu
Sizin kursunuza təşəkkürümü bildirirəm
Şərh #7
Kursun təşkili və aparılması əsil
zamanın tələbinə uyğun təşkil olunub.
Şərh #8
Hər şeyə görə sizə çox minnətdaram.
Şərh #9
Bu kursda istəkdən aslı olaraq,
çox biliklər əldə etmək olar.
Şərh #10
CFA imtahanına qısa müddətdə
effektiv şəkildə hazırlıq.
Şərh #11
Bazarda CFA imtahanına hazırlıqda
ən güclü.
Şərh #12
Mövzuları aydın və dərindən keçirilir.
Şərh #13
İstədiyimi aldığımı deyə bilərəm.
Cox yaxşı!
Şərh #14
Maliyyə sahəsində biliklərə sahib oldum və
baxış mövqəm daha da yaxşılaşdı.
Şərh #15
Digər təlimlərdə iştirak etməyə
çox böyük maraq yarandı
Şərh #16
Bütün kurslardan olanlarla müqayisədə
bu kursdan çox yaxşı nəticələr gözləyirik
Şərh #17
Kursun təşkilatçilarına və müəllimə
öz təşəkkürümü bildirirəm
Şərh #18
Kursla bağlı hər hansı bir
iradım yoxdur
Şərh #19
Hər şeyə görə təşəkkürlər!
Şərh #20
İşlərinizdə uğurlar,rəhbərlik çalışırdıki
təlim maksimum səviyyədə faydalı olsun.
Şərh #21
Kommersiya maraqları önə cəkilmirdi.
Şərh #22
Uğurlar sizə. Biliklərimizi artırmaq
sizin sayənizdədir.
Sorğu göndər